Əsas səhifə / Əsas menu / Ailə / Qismətə inanmaq olarmı?
Bizi mobildən daha sürətli  izləyin

Qismətə inanmaq olarmı?

yuQismətə inanmaq olarmı?

Qismət mövzusu hər kəs tərəfindən fərqli şəkildə yozulur. Əldə edilənə “qismətimdir”, əlin çatmadığına isə “qismətim deyilmiş” söylənilir. Bəziləri isə qismət məsələsinə ümumiyyətlə, biganə qalır və əhəmiyyət vermirlər. Müxtəlif yanaşmalar, fərqli yaxınlaşmalar məsələnin açılmasına da, dinləyənin anlamasına da təsir edir. Bu məsələnin problemləşdiyi mərhələlərdən ən əsası evlilik seçimində özünü biruzə verir. Həqiqətən, qismət varmı, varsa, onda seçimlər, çalışmalar, dirənmələr nəyə lazım?

Əgər yoxdursa, insanların gözləmədiyi sürprizləri necə anlamalıyıq? Biz maddi dünyada yaşayırıq. Buradakı bütün hadisələr bir səbəblə bağlıdır. Səbəbə görə nəticə təzahür edir. Yağış üçün buluda, fidan üçün münbit torpağa, gecə-gündüzün var olması üçün Yerin Günəş ətrafında dövr etməsinə ehtiyac olduğu kimi, hər şey incədən-incəyə hesablanmış və bu meyarlara görə də davam etməkdədir. Heç kim Günəşin doğuşuna mane ola bilmədiyi kimi, onun ətrafında spiralvari hərəkət edən Yer kürəsini də dayandıra bilməz. Deməli, iradəmiz və gücümüz xaricində bir əl mövcuddur. O, elə bir əldir ki, təkcə Yeri, Günəşi deyil, əslində, bütün kainat çarxını nizamla idarə edir.

Məsələyə bu üfüqdən nəzər yetirincə, qismət öz mübhəmli tərəflərini tamamilə açar və heç kəs bir şübhə qalmadan bunu anlayar. İnsanlar arasında şans, tale və yavər kimi bilinən bu kəlmə, əslində, “qədər” olaraq tanınmalıdır. Həm maddi, həm də mənəvi yönüylə qismət özü bir qədərdir. Kəlmə lüğəti baxımından “pay”, “bölgü” mənalarını ifadə edir. Həyatda kiçikdən böyüyə – hər bir canlıya, özəlliklə də insanlara ayrılan bir pay var ki, bu, inkar olunmazdır. Hava, su, ruzi və sairə nemətlər həmin bölgünün tərkib hissəsidir. Bütün bunlarla yanaşı, insanın özəl iradəsi, fərdi düşüncəsi və şəxsi seçimi həyatda mühüm rol oynayır. Bu rolun təsirinə ailə yoldaşı seçərkən də şahid oluruq.

Belə ki, seçim edən fərd ən incə kriteriyalara diqqət edərək seçdiyi, sevdiyi şəxsi hisslərinə görə deyil, qəlbi və ağlının qərarları naminə qəbul etsə və evlilik baş tutsa, bunun özü bir qismətdir. Lakin insan qismətin nə zaman, hansı şəkildə, hansı məkanda təzahür etdiyini olduğu kimi öncədən təxmin edə bilmir. Qismət insan iradəsi ilə başlayan, böyük qədər cizgisində minlərcə hikmətə səbəb olan, maddidən mənaya yol açan, daim səmadan enən bir imtahan vəsiləsidir. Həyat məktəbinin ən sirli həqiqəti olan qismət, hər bir ailəyə öz qamətinə uyğun daxil olar. Onu tanıyanlar, bilənlər qismətlərinə sahib çıxaraq dünya həyatındakı ömürlərinə davam edərlər. Evlilikdə qismət seçimlə bağlı təkliflərdə göstərilən istiqamət üzrə anlasaq, daha obyektiv olar.


Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …