Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qışqırmağın faydaları
Bizi mobildən daha sürətli  izləyin

Qışqırmağın faydaları

Woman holding head and screaming against blue background; Shutterstock ID 66218587; PO: The Huffington Post; Job: The Huffington Post; Client: The Huffington Post; Other: The Huffington Post

Qışqırmaq adətən qorxuya təbii reaksiyadır. Yeni araşdırmanın nəticələri göstərib ki, qışqırıq narahatedici olsa da, faydalıdır.

“Bütün dünyada körpələr qışqırır. Hər bir yaşlı da qorxuya qışqırmaqla reaksiya verir. Bu, insan beyni və şüurunun xüsusiyyətidir”, – bunu Nyu-York Universitetinin nevroloqu David Popil bildirib.
Doktor Popil və onun əməkdaşları filmlərdən və bəzi könüllülərdən qışqırıq səsləri yazaraq laboratoriyaya gətirib. Onlar səsin gücünə və tonuna deyil, səsdəki enerji modulyasiyasına, başqa sözlə səsin səviyyəsinin necə dəyişdiyinə diqqət yetiriblər.

“Biz topladığımız bütün qışqırıqların üzərində yeni metodlardan istifadə edərək işlədik və belə məlum oldu ki, insanın çıxardığı digər səslərdən fərqli olaraq, qışqırığın unikal akustik ahəngi var. Belə çıxır ki, qışqırığın özünəməxsus xüsusi yeri var”, – alim əlavə edib.

İnsanın normal danışıq tonu saniyədə 4-5 hertzdirsə, qışqırıq daha sürətlə və daha geniş həcmdədir, saniyədə 30-150 hertzdir. Ən yüksək səs tonu isə “kobud” səs, yəni daha narahatedici səs adlanır. Alimlər siqnal sistemlərinin da narahatedici olduğunu deyirlər. “Avtomobillərdəki siqnallar, bəzi saatlardakı naraharedici zənglər də buraya daxildir”.

Kobud səslərin və siqnalların beyinə təsirlərini öyrənmək üçün alimlər qışqırıq səslərini MRT-də (Maqnit Rezonans Tomoqrafiyası) yoxlayıblar. Alimlərin “Current Biology” jurnalında dərc etdikləri araşdırmanın nəticələrində deyilir ki, kobud səslər beynin dərinliyindəki beyincik badamını aktivləşdirir və beynin siqnalları qəbul etməsinə yardım edir.

“Beyincik badamı ötürücü rolunu oynayır, yəni, bu səsdə həyəcan və qorxu daha çoxdur. Bu səs insanları tez bir zamanda reaksiya verməyə vadar edir”.

Buna da baxın

Yemişan – təbii ürək dərmanı

Whatsapp ilə Paylaş Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur. Yemişan bir çox vitaminlər …