Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Qızılgül mürəbbəsi
Bizi mobildən daha sürətli  izləyin

Qızılgül mürəbbəsi

roza12

Qızılgül mürəbbəsi

Tərkibi:

-100 q qızılgül ləçəyi (mürəbbə üçün ətri gözəl olan qızılgül növündən istifadə etmək məsləhətdir)
-900 q şəkər tozu
-1 və ya 1,5 st su
-Yarım və ya 1 limonun suyu

Hazırlanması:

Ləçəkləri səhər-səhər şehi quruyan kimi yığmaq məsləhətdir ki, ətri daha gözəl olsun. Ləçəkləri toplayarkən ağımtıl hissələrini kəsmək yaxşıdır. Toplanan ləçəkləri bol su ilə yuyub, qurumağı üçün dəsmalın üzərinə sərin. Quruduqdan sonra ləçəkləri bütöv şəkildə də saxlamaq olar, amma doğrayanda yemək daha rahat olur. Ləçəkləri quru bir qabda şəkər tozu ilə qat-qat yığıb ağzını bağlayın. 1-2 sutkalıq sərin yerdə saxlayın. Sonra üzərinə suyu əlavə edib qazanı qaynamağa qoyun. Qaynara düşdükdən sonra orta odda 30- 40 dəqiqə bişirin. Hazır olmasına 10 dəqiqə qalmış limon suyunu əlavə edin (suyu sıxılmış limonu da mürəbbəyə əlavə edin, daha gözəl olacaq). Bişərkən rəngi qəhvəyi olan mürəbbə limon suyu əlavə etdikdən sonra gözəl rəng alacaq. Hazır mürəbbəni isti ikən şüşə bankaya qoyub ağzını möhkəm bağlayın və sərin yerdə saxlayın.

Nuş olsun!

Buna da baxın

“Qızılgül” salatı – FOTORESEPT

Whatsapp ilə Paylaş Tərkibi: 200 q təzə şampinyon 2 orta boy baş soğan 0,5 banka …