Əsas səhifə / Manşet / “Qızılgül” salatı – FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

“Qızılgül” salatı – FOTORESEPT

1

Tərkibi:

200 q təzə şampinyon
2 orta boy baş soğan
0,5 banka qarğıdalı konservi
2 st. kartof püresi (5-6 kartof)
1 iri torba kartof çipsi (bəzək üçün)
1 hisə verilmiş toyuğun döş əti
10-15 x.q. mayonez
bitki yağı (qovurmaq üçün)
duz, istiot
göyərti – zövqə görə
5-6 kartofu bişirib püre hazırlayın (2 stəkan gərəkdir).
Göbələkləri tərtəmiz yuyun. Fal-fal doğrayıb az miqdarda bitki yağında soğanla birlikdə qovurun. Duz, istiot, zövqə görə göyərti əlavə edin.

2

3

Hazır göbələyin mayesini, yağını süzüb buluda yığın. Soyudun.

4

Göbələyin üzərinə soyudulmuş kartof püresinin yarısını döşəyin.

5

Mayonez çəkin.

6

Toyuq ətini doğrayın, ya da didin. Mayonezin üzərindən döşəyin.

Mayonez çəkin.

7

Qarğıdalı konservinin suyunu süzün, döşəyin. Üzərinə kartof püresinin qalanını çəkin.

8

“Qızılgülü” hazırlamaq üçün öncə ən xırda və bükülmüş çipsləri seçin – bu, qızılgülün ortası olacaq. Bunları ortaya, irilərini isə ətraflarına düzərək gül düzəldin.

9--

9

Nuş olsun!

Buna da baxın

“Pələng balası”

Whatsapp ilə Paylaş Göndərdi: Aygün Abdullayeva Lazım olan ərzaqlar: 400 qr kartof 200 qr kolbasa …