Bizi mobildən daha sürətli  izləyin

Qızılı toplar

Qızılı toplar

“Qızılı toplar” çərəzinin hazırlanma qaydası

Tərkibi (6 pay):

250 q qiymə
2 x.q. marqarin yağı
1 soğan
2 diş sarımsaq
duz
istiot
zirə

3 yuxa (xəmir)
1 paket qaymaq
2 yumurta
2 st. narın suxarı
10-15 ədəd çerri pomidor

Əlavə:

6 yumurtanın ağı
1 armudu st. su
1 paket kəpəkli çörək
göyərti, tərəvəz

Marqarini tavada əridin, qiyməni əlavə edib 2-3 dəqiqə qovurun, doğranmış soğan və sarımsağı əlavə edin. Duz, istiot və zirə vurub qarışdırın. Ocaqdan götürüb soyudun.

Yuxaları üst-üstə yığın. Ən üstdəkinə qaymaq çəkin. Yuxanı 4 yerə, böldüklərinizin hərəsini də 5 yerə bölün. Hər parçanın içinə qiymədən qoyun, əlinizdə top kimi bükün.

Yumurtanı çalın, topları əvvəlcə yumurtaya, sonra suxarıya batırın. Siniyə düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Çöp şişə bir ədəd top, bir ədəd çerri pomidor olmaqla sırayla düzün. Hamısını bu qayda ilə hazırlayın.

Yumurta ağı ilə suyu çalın. Çörək dilimlərini bu qarışığa batırın. Yumru, kənarları hündür formanın dibinə və kənarlarına sıx düzün (sanki qabın formasını verirsiniz). Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə, çörək bərkiyənədək bişirin. Soyuyandan sonra formadan çıxarın. Göyərtini, tərəvəzləri doğrayıb ortasına qoyun, çöp şişləri də üstünə düzün.

Nuş olsun!