Əsas səhifə / Əsas menu / Gözəllik / Qol altındakı qara ləkələri yox edən sadə üsul
Bizi mobildən daha sürətli  izləyin

Qol altındakı qara ləkələri yox edən sadə üsul

qol altı qara ləkələri yox edən sadə üsul

Havalar isindikcə daha çox tərləmək səbəbilə qol altı nahiyyədə qaralmalar müşahidə edilir. Anti-persperantların çox istifadə edilməsi və digər prosedurlar səbəbindən bu qara ləkələr formalaşır.

Bunun qarşısını almaq düşündüyünüz qədər çətin deyil.  Qadinklubu.com sizlərə qolaltı qara ləkələrin təmizlənməsi üçün təbii üsulları təqdim edir. Bu üsullardan istifadə edərək ləkəsiz bir cildə sahib olmaq artıq xəyal deyil.

Kartof ilə qol altı ləkələrin təmizlənməsi:

Bu üsulla qol altındakı qara ləkələri qısa bir zamanda yox etmək mümkündür. Çünki kartofun tərkibindəki katalaz adı verilən ferment dəridəki hüceyrələrin yenilənməsini sürətləndirir və bu səbəbdən xarici təsiə məruz qalmış qol altı dəri-hüceyrələr qısa zamanda yenilənir.

Tətbiqi:

  1. İncə doğradığınız kartof dilimi ilə 5-10 dəqiqəqol altı nahiyyəni ovun və sonra ilıq su ilə durulayın.
  2. Kartofu sürtgəcdən keçirin. Sürtgəcdən keçirilmiş kartofla qol altı nahiyyəni 5-10 dəqiqə ovun, və ya kartof suyunu pambıq vasitəsilə qol altına çəkərək  10 dəqiqə gözlətikdən sonra ilıq su ilə durulayın.

Bu üsulu gün ərzində iki dəfə tətbiq edərsəniz, 1 həftə ərzində qol altındakı qara ləkələr yox olacaqdır.

Soda ilə qol altı ləkələrin təmizlənməsi:

Qol altındakı qara ləkələri təmizləməyin digər üsulu isə sodadır. Sodadan istifadə etsəniz artıq tərləmənin qarşısını alan vasitələrdən  o qədər də istifadə edilməyə ehtiyac qalmayacaqdır. Çünki, soda tər qoxusunun qarşısını alır, eyni zamanda ölü hüceyrələri təmizləyərək cildə peeling effekti verir. Bu səbəbdən dəridəki mikroblar məhv edilərək cild yenilənir. (Sodalı üsulu təraşdan qısa zaman sonra edilməməsi məsləhətdir)

Tətbiqi:

  1. Bir qədər soda ilə az miqdarda suyu qarışdıraraq qatı bir məcun əldə edilir. Həmin məcunu bir fırça vasitəsilə qol altı nahiyyənizi fırçalayın. Daha sonra ilıq su ilə durulayıb qurulayın.
  2. Əgər bu üsulu yorucu hesab edirsinizsə, eyni(soda+su) məcunu əlinizlə də qol altını ovaraq eyni proseduru tətbiq edə bilərsiniz.

Buna da baxın

Kəpək probleminin sadə həlli

Whatsapp ilə Paylaş Saçlarda baxımsız və pis bir görünüşə səbəb olan kəpək problemindən asanlıqla xilas …