Əsas səhifə / Əsas menu / Gözəllik / Qoltuq altı ləkələrdən və tər qoxusundan asan qurtulma – YOLLARI
Bizi mobildən daha sürətli  izləyin

Qoltuq altı ləkələrdən və tər qoxusundan asan qurtulma – YOLLARI

lekeler

Yay fəslindən çıxmağımıza baxmayaraq, qolu açıq paltarlar toy-düyünlərdə və ofislərdə geyinilir.

Heç bir makiyaj qoltuq altı kremlər tər və ləkələrdən xilas edə bilməz. Həmçinin, satılan antipesperantların üzərinə paltarlarda ləkə qoymadığı yazılsa da, bu belə deyil. Bunlarla bahəm qadın orqanizminə də çox ziyanlı təsir edir. Lakin bəzi təbii vasitələrlə bunları aradan qaldırmaq mümkündür.

Resept 1.

Çobanyastığı dəmləməsi.

Bunun üçün 60qr çobanyastığı çiçəyinə 2 litr isti su və 2x.q çay sodası əlavə edilir. Davamlı olaraq bu dəmləmə ilə qolların altı silinir. Bu sizi həm kəskin tər qoxusundan, həm də ləkədən qoruyacaq.

Resept 2.

Palıd qabığı dəmləməsi.

Palıd qabığı dəmlənilir və davamlı olaraq qolların altı bu dəmləmə ilə silinir. Palıd büzüşdürücü olduğu üçün qolaltı məsamələri yığır və tər ifrazının artmasının qarşısını alır. Üyüdülmüş 1x.q palıd 200ml qaynar suda dəmlənilir. Dəmləməyə təzə sıxılmış limon suyu əlavə edilir. Bu qarışıqla qolaltı nahiyyələr hər gün davamlı olaraq silinir. Yaxşı effektini görmək üçün dəri təmiz, sabunla yuyulub, qurudulmuş olmalıdır.

Resept 3.

Qolaltından hiperhidrozun effektli müalicəsi üçün qatırquyruğu yarpaqları və ağcaqayın dəmləməsi də xeyirlidir. Hər birindən 2.x.q götürülür, dəmlənilir. 5 dəqiqə zəif od üzərində dəmlənilir. Tərləyən yerlər dəmlə ilə silinir.//atv.az

Buna da baxın

Dəri ləkələrinə qarşı əvəzsiz vasitə

Whatsapp ilə Paylaş Vəsaitlər: 1 çay qaşığı limon suyu 2 x/qaşığı qatıq 1 x/qaşığı təbii  bal …