Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qorxulu xəstəliklərdən qoruyan 7 təbii antibiotik
Bizi mobildən daha sürətli  izləyin

Qorxulu xəstəliklərdən qoruyan 7 təbii antibiotik

sarr

Bioloqlar hesab edirlər ki, bu 7 təbii vasitədən davamlı olaraq istifadə etsəniz, iynə-dərmana ehtiyac qalmaz.

Xəstələndiyimizdə həkimlər bizə müxtəlif antibiotikləri məsləhət görürlər. Bizsə bəzən antibiotiklərin bahalığından, bəzən keyfiyyətsizliyindən, bəzən də allergik reaksiyalar verməsindən şikayətlənirik.

Antibiotik tabletləri içmək, ya da iynə vurdurmaq isə bir başqa əziyyətdir. Lakin bundan çıxış yolu da var. Tibb mütəxəssisləri hesab edirlər ki, ən yaxşı antibiotiklər təbii şəkildə qəbul edilmiş antibiotiklərdir. Çünki onların yuxarıda sadaladığımız problemləri və insan orqanizminə yan təsirləri yoxdur.

Sputnik Türkiyəli bioloqların təqdim etdiyi 7 təbii antibiotiki diqqətinizə çatdırır və xəstəliklərə qarşı bu təbii vasitələrlə qorunmağı tövsiyə edir.

Bal

Hər kəsin evində olsa da, antibiotik xüsusiyyətləri çox az məlumdur. Lakin bal öskürək yaradan amillərin qarşısını yaxşı alır, öskürəyin tez bir zamanda aradan qalxmasına kömək edir. Bal, eyni zamanda insanın yuxu rejimini tənzimləyir və yuxusuzluğun qarşısını alır. Bal məlhəm kimi istifadə edildikdə də bir çox xəstəlikləri müalicə edir.

Kələm

Kələm yüz illərdir bir sıra dərdlərin dərmanı kimi istifadə edilir. Qədim yunan mənbələri həzm pozğunluğu və qida zəhərlənmələri zamanı kələm şorbası içməyi məsləhət görür. Qədim misirlilər şərabın tərkibindəki zəhərli maddələrin təsirini azaltmaq üçün yeməkdən əvvək kələm və qabaq yeyərdilər. İngilislər müharibə zamanı kələmdən cəbhədə xora xəstəliyinə yaxşı təsir etdiyi üçün istifadə edirdilər. Antioksidant deposu olan kələm xroniki narahatlıqların qarşısını alır, damarların möhkəmliyini və elastikliyini təmin edir.

Alma sirkəsi

Alma sirkəsi artritlərə qarşı yaxşı təsir göstərir. Həzm prosesinə kömək etdiyi və infeksiyaların qarşısını aldığı üçün vacib qidalardan sayılır. Bakterial infeksiyalardan törənmiş ishala müsbət təsir edir. Bağırsaq spazmalarının qarşısını alır. 1 qaşıq alma sirkəsini 2 qaşıq su ilə qarışdırıb istifadə etmək olar.

Soğan

Antibakterial və antiseptik özəllikləri var. Təzə soğan infeksiyalara yaxı təsir göstərir. Soğan suyuna 2-3 qaşıq bal əlavə edərək içsəniz faydasını artırmış olarsız. Virus mənşəli xəstəliklərə qarşı təsirlidir.

Sarımsaq

Antiviral və antibakterial xüsusiyyətləri var. Tənəffüs yolları üçün möcüzəli tərəvəzdir. Yaraların dezenfeksiyasını təmin edir. Bağırsaq infeksiyalarına qarşı istifadə edilən antibiotiklərdən 100 qat daha təsirli olduğu aparılan bir araşdırma ilə ortaya çıxıb.

Sarıkök

Sarıkök də təbii bir antiseptik və antibiotikdir. Yüz illərdir kiçik kəsiklərdən tutmuş dəri xoralarına qədər bir çox xəstəliyə qarşı istifadə edilməkdədir. Sarıkök yağı yoluxucu yaraların qarşısını alır. Üz ləkələrinə qarşı təsirli olduğu da tibb elminə məlumdur.

Zəncəfil

Antibiotik xüsusiyyətləri elmə məlumdur. Qidalardan qaynaqlanan bakterial infeksiyalara qarşı təsirlidir. Xora xəstəlikləri əleyhinə əvəzsiz vasitə sayılır. Onun yağları əritmə, soyuqlamanın qarşısını alma kimi xüsusiyyətləri də mövcuddur. Zəncəfil çoxsaylı xəstəliklərə müəyyən qarışıqların tərkibində yaxşı təsir göstərir. Buna görə də, onu həkim məsləhəti ilə qəbul etmək lazımdır.

Antibiotik xüsusiyyətləri elmə məlumdur. Qidalardan qaynaqlanan bakterial infeksiyalara qarşı təsirlidir. Xora xəstəlikləri əleyhinə əvəzsiz vasitə sayılır. Onun yağları əritmə, soyuqlamanın qarşısını alma kimi xüsusiyyətləri də mövcuddur. Zəncəfil çoxsaylı xəstəliklərə müəyyən qarışıqların tərkibində yaxşı təsir göstərir. Buna görə də, onu həkim məsləhəti ilə qəbul etmək lazımdır.

Buna da baxın

Ölkədə yayılan yeni qripi bircə gündə yox edəcəksiniz….

Whatsapp ilə Paylaş Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan …