Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Sulu yeməklər / Qoyun ətindən tərxun şorbası
Bizi mobildən daha sürətli  izləyin

Qoyun ətindən tərxun şorbası

Toyuq suyu şorbası

Tərkibi:

qoyunun döş əti – 250 q
kartof – 2 ədəd
soğan – 1 ədəd
ərinmiş yağ – 1 xörək qaşığı
tərxun – 100 q
narın istiot – zövqə görə
duz – zövqə görə

Hazırlanması:

Qoyunun döş ətini yuyub orta böyüklükdə tikələrə bölün. Qazana qoyub, üzərinə soyuq su əlavə edin. Kəfini yığıb hazır olan kimi bulyondan çıxarın. Bulyonu soyudub süzün.
Xırda doğranmış baş soğanı ərinmiş yağda qızardın. Qabığı soyulmuş və yuyulmuş kartofu iki və ya dörd yerə bölün, tərxunu doğrayın.
Bişmiş qoyun ətini, kartofu, xırda doğranıb qızarmış soğanı, doğranmış tərxunu süzülmüş bulyona əlavə edin, duz. Istiot vurun və şorbanı kartof bişənədək vam odda saxlayın.

Buna da baxın

Naxçıvan çöçəsinin hazırlanması – Video resept

Whatsapp ilə Paylaş Qadinklubu.com bayram gününü nəzərə alaraq Naxçıvan çöçəsinin reseptini təqdim edir: Xəmir üçün: …