Əsas səhifə / Manşet / Qozlu əncir şirniyyatı
Bizi mobildən daha sürətli  izləyin

Qozlu əncir şirniyyatı

cc
Təqdim edəcəyimiz bu şirniyyat, çox ləzzətli və yüngül olmasıyla bəyənəcəyiniz bir dad olacaq.

Ləvazimatlar

  • 450 qr quru əncir
  • 4 xörək qaşığı şəkər tozu
  • 2 stəkan su

İçlik üçün

  • 1 stəkan iri qoz ləpəsi
  • 1 çay qaşığı darçın

Hazırlanması

Əncirləri yuyub, bötüv şəkildə ilıq süddə yarım saat saxlayın. Yumşaldıqdan sonra ortasını oyun. Oyunlan yerə içlik qoyun. Əlinizlə deşik olan hissəni yaxşıca bağlayın. Saplı hissəsi üstdə qalacaq formada qazana düzün. Ayrı bir qabda şəkər və suyu qarışdıraraq isidin (qaynatmağa ehtiyac yoxdur). Suyu qazandakı əncirlərin üzərinə tökün və 20-25 dəqiqə qaynadın. Sonra qazandakıları başqa bir boşqaba qoyun. Qazanda sosunuz qalıbsa, əncirlərin üzərində gəzdirin. Soyuyanda süfrəyə verin. Üzərini fıstıq və ya darçınla bəzəyə bilərsiniz.
Nuş olsun!
Qadinklubu.com

Buna da baxın

Şəkərdən uzaq durmaq üçün 5 tövsiyə

Whatsapp ilə Paylaş Tərkibinə şəkər olan qidaları gün ərzində həddindən çox qəbul edirsinizə, sağlamlığınızın təhlükə …