Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Qozlu badımcan ruletləri
Bizi mobildən daha sürətli  izləyin

Qozlu badımcan ruletləri

Qozlu badımcan ruletləri

bad

Qozlu və mayonezli bu badımcan ruletləri yay fəslində süfrələriniz üçün əla qəlyanaltıdır.

Lazım olan ərzaqlar:

5 ədəd orta ölçülü badımcan
yarım stəkan qoz ləpəsi
3-4 x.q. mayonez
1 diş sarımsaq
qızartmaq üçün yağ

er

Badımcanları yuyub, təxminən 3-4 mm enində uzun-uzun doğrayın. Duzlayıb acısını çıxarması üçün 15-20 dəqiqə saxlayın. Sonra su ilə yuyun.

yu

Tavaya yağ töküb hər iki üzünü qızardın.

qiz

 

Qızartdığınız badımcanları salfetin üzərinə yığın ki, artıq yağı çəkilsin.

cek

İçlik üçün qozu blender və ya qoz çəkən maşında üyüdün. Sarımsağı əzib, mayonez və qoz ilə qatın. Hazırladığınız içliyi qızardılmış badımcanların üzərinə çəkib rulet kimi bükün.

buk

İstədiyiniz formada bəzəyib süfrəyə verin.

Nuş olsun!

Buna da baxın

Badımcandan hazırlanan pizza

Whatsapp ilə Paylaş Badımcanların qabıqları soyulmadan istifadə edilir. Əvvəlcədən dilimlədiyiniz badımcanları qaralmaması üçün duzlu suda …