Əsas səhifə / Əsas menu / Sağlamlıq / Qripdən necə qorunaq?
Bizi mobildən daha sürətli  izləyin

Qripdən necə qorunaq?

 

fluuuuuuuuuuuuuuuuu

Hər il olduğu kimi, bu il də fəsillər dəyişdiyi ərəfədə qrip epidemiyası sürətlə yayılır. Əsasən bu epidemiyalar uşaqlara və yaşlı nəsilə daha çox təsir edir və uzun müddətli olur. Lakin onu da qeyd edək ki, bu ilin qrip epidemiyası keçən illərə nisbətən yüngül ötüşəcək. Bu epidemiya nə vaxt, nə zaman orqanizmə yoluxur? Sizlərə bu xəstəlikdən qorunma yollarını təqdim edirik.

Fəsil dəyişən zaman immun sistemi güclü olmalıdır ki, hava damcı yolu ilə keçən infeksiyalara orqanizm yoluxmasın. Yaydan çıxmış orqanizmin viruslara qarşı müqaviməti aşağı olduqda tez xəstələnir və ubu zun müddət davam edir. Ona görə də hər fəsil dəyişən zaman orqanizmin güclü olması üçün gün ərzində 2 litrə qədər su içmək lazımdır. Çünki orqanizmdə su ehtiyatı azaldıqca bağırsaqda mikroblar artır və bu da orqanizmin zəifləməsinə səbəb yaradır.

-Daim qida rasionunda meyvə-tərəvəzə yer ayırmaq lazımdır.

-Hər səhər 1 stəkan suya 1ç.q limon suyu və bal qatıb mütamadi içmək;

-Hər səhər 1ç.q tut bəhməzi içmək;

-Zəncəfil, darçın, mixək dəmləməsi çayı içmək

-Soğan qabığı soyulur, 2 yerə bölünür, arasına xalis bal qoyulur. Suyu çıxdıqda hər gün 1 ç.q içilir. Bunu sarımsağa da etmək olar.

-Ağ yaxud qara turp 2 yerə bölünür, içinə xalis bal qoyulur. Suyu çıxınca gündə 1 .q içilir.

-Uzunsov balqabaq götürülür, ağzı qapaq kimi kəsilir, içinin tumu əllə çıxarılır, içinə 1 stəkan bal tökülür və kəsilən qapağı da ağızına qoyulur. Bal dağılmasın deyə, düz saxlayaraq 3-4 gün soyuq yerdə saxlanılır. Bal balqabağın suyu ilə qarışaraq duru maye halında olur. Onu bir şüşə qaba boşaldaraq soyuducuda saxlamaq lazımdır. Hər gün acqarnına 1ç.q içilir.
Bu reseptlər immun sistemnini gücləndirəcək. Həmçinin öskürək ya qripə yoluxan zaman da içmək müsbət təsir edəcək.
atv.az

Buna da baxın

Aldığınız ərzaqların təzə, yaxud köhnə olduğunu öyrənin – YOLLARI

Whatsapp ilə Paylaş Kartof, soğan, təzə lobya, brokoli, ispanaq, kahı və s… Meyvə-tərəvəzlərin qida dəyərinin …