Əsas səhifə / Manşet / Qulaq ağrısı üçün təbii vasitələr
Bizi mobildən daha sürətli  izləyin

Qulaq ağrısı üçün təbii vasitələr

h

Ciddi xroniki xəstəliyin xəbərçisi ola bilən qulaq ağrıları insanları həddən artıq narahat edir.

Mütəxəssislər qulaq ağrılarılarına boyunda və qulaq bölgəsinə yaxın limfa vəzilərində yaranan hər hansı problem, badamcıq vəzində yaranan iltihab, çənə sümüyündə hər hansı bir deformasiya və diş ağrısı səbəb ola biləcəyini qeyd edirlər.

Allergiyadan, qulaq kirindən, qulaq pərdəsinin zərər görməsindən, soyuqdəymədən və.s səbəblərdən ortaya çıxan qulaq ağrısına qarşı müəxəsislər təbii vasitələrdən istifadə eməyi təklif edirlər:

1 çay qaşığı sirkə ilə yarım çay qaşığı qızılgül yağını qarışdırın. Ağrıyan qulağın içinə 2-3 damcı damladın.

Bir miqdar təzə gicitkən yarpağını təmizləyib yuyun. Daha sonra nəm halda mikserdən keçirin. Qatlanmış bir tənzifin arasına sulu halda əmələ gəlmiş çöküntü qoyub ağrıyan qulağın arxasına tampon edin.

Kiçik bir baş soğanın qabıqlarını soyun daha sonra mikserdən keçirin. Bir tənzifin köməyi ilə suyunu çıxarın və bir pambığın üzərinə 2-3 damcı əlavə edin. Sonra ağrıyan qulağın içinə tampon edin.

Kiçik bir qara turpun qabığını təmizləyin. Yuduqdan sonra mikserdən keçirərək yenə bir tənzif köməyi ilə sıxın. Çıxan suyu 2-3 damcı ağrıyan qulağın içinə tökün. Ancaq damızdıracağınız suyun içində qətiyyən çöküntü olmamalıdır.

Bir az təzə əməköməncini təmizləyin. Yuduqdan sonra nəm halda mikserdən keçirin. Qatlanmış bir tənzifin arasına əmələ gəlmiş sulu çöküntünü qoyub, ağrıyan qulağın arxasına qoyun.

Bir miqdar sarımsağın qabıqlarını soyun. Mikserdən keçirdikdən sonra tənzif köməyi ilə suyunu çıxarın. Kiçik bir pambığın üzərinə 2-3 damcı damızdırdıqdan sonra ağrıyan qulağa tampon kimi istifadə edin.

Kiçik bir alma soyub ikserdən keçirin. Almanın 3 damla suyunu ağrıyan qulağın içinə damızdırın. Ancaq suyun içində qətiyyən çökünü olmamalıdır.

Bir miqdar nanənidə mikserdən keçirin. Çıxan suyunu pambığın üzərinə 2-3 damcı damızdırıb ağrıyan qulağa tampon edə bilərsiniz.

Qeyd edək ki, mütəxəssislər həmçinin uzun müddət davam edən qulaq ağrıları zaman həkimə göstərilməsinin lazım olduğunu söyləyirlər.

Buna da baxın

Diş ağrısına çarə

Whatsapp ilə Paylaş Diş çürükləri diş ağrılarının əsas səbəbidir. Şəkərli, nişastalı qidalar nəticəsində ağzınızdakı boşluqlarda yığılan …