Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Qulaq ağrısına çarə
Bizi mobildən daha sürətli  izləyin

Qulaq ağrısına çarə

1424865872069

İlk öncə qeyd edək ki, əgər qulağınız ağrıyırsa və bu ağrı mütəmadi olaraq davam edirsə, mütləq həkimə müraciət edin. Qadinklubu.com sizləri qulaq ağrısına ilkin müdaxilə və ev şəraitində ağrını azaldacaq bir sıra üsullarla tanış edir. Qulaq ağrısı üçün evdə təbii  məhsullarla hazırlaya biləcəyiniz  bəzi reseptlər var. Bunlardan birincisi susam toxumu yağı və sarımsaq ilə hazırlanan qulaq damlasıdır. 1 çay qaşığı susam toxumu yağına bir diş sarımsaq atın və qəhvədana qoyduqdan sonra az odda  1-2 dəqiqə qədər yüngülcə isidin. Sarımsağı susam yağından çıxardıqdan sonra yağı bir qulaq damla qabına boşaldın. Daha sonra yağdan 3-4 damlanı ağrıyan qulağınıza damladın. Əgər ağrı iki qulağınızdadırsa ilk qulağa damlatdıqdan sonra təsirini göstərməsi üçün 10 dəqiqə gözləyib digər qulağa damladın.

Qulaq ağrısına yaxşı gələn digər bir resept isə  limon suyudur. 1 çay qaşığı limon suyunu 1 çay qaşığı su ilə qarışdırıb 1-2 dəqiqə ilıq olana qədər az odda gözlədin. Bu qarışığı damlalığa boşaldıb qulağınıza 2-3 damla qədər damladın.
Qulaq Ağrısı və İstilik
Kürək ağrısı, ayaq və əzələ ağrıları kimi bir çox ağrını yüngülləşdirici xüsusiyyəti olan istilik qulaq ağrısını yüngülləşdirmək üçün də istifadə edilə bilər. Qulağınıza istilik tətbiq etmək  üçün teflonda kiçik bir fincan nəlbəkisini  isitdikdən sonra dəsmala bükərək qulağınızın üstünə qoya bilərsiniz. Bu qulaq ağrınızın azalmasını təmin edəcək.
 Və ya  isti suya dəsmalı saldıqdan sonra suyunu yaxşıca sıxaraq qulağınızın üzərində saxlaya bilərsiniz. Dəsmalın istiliyini qoruması üçün tez-tez isti suya batırmaq bilər.

Buna da baxın

Uşaqlarda parazitləri təmizləyən təbii reseptlər – Pediatr

Whatsapp ilə Paylaş Qadinklubu.com tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edir. …