Əsas səhifə / Əsas menu / Praktika / Qulaq deşməyin faydası varmı-niyə qulağımızı deşirik?
Bizi mobildən daha sürətli  izləyin

Qulaq deşməyin faydası varmı-niyə qulağımızı deşirik?

скачанные файлыQulaq deşməyin faydası varmı-niyə qulağımızı deşirik?

Sırğa taxmaq üçün qulağın deşmə ənənəsinin tarixi hələ eradan əvvələ gedib çıxır. Tarixi mənbələr qədim hindular, misirlilər və ərəblərin sırğa taxdıqlarından xəbər verir.

Eradan əvvəl sırqa taxmaq dəb halını alır, iş o yerə çatır ki, romalı kişilər kütləvi şəkildə qulaqlarını deşdirib sırğa taxmağa başlayır, bu isə imperatorun xoşuna gəlmir və buna qadağa qoyur.
Orta əsr dövrü sona çatdıqda kişilər yenə sırğa taxmağa başlayırlar. Lakin bu dəfə yalnız sol qulaqlarına.

Sonraki dövrlərdə kişilərlə qadınların saç düzümü bir-birlərindən kəskin şəkildə fərqlənməyə başlayır. Zaman keçdikcə uzun saçlar saxlanılır və bunun nəticəsində sırğalar əvvəlki dəbini itirməyə başlayır. XV-XVI əsrlərdən etibarən sırğalar yenidən dəbə minir və həmin dövrdən etibarən daha çox qadınlar arasında dəbdə olur. Kişilər arasında bir o qədər də dəbdə olmasa da bəzi dəstələrə aid olan şəxslər hələ də sırğadan istifadə edirlər. Qaraçılar, dənizçilər, İtaliya və İspaniyada yaşayan bəzi dəstələri buna misal çəkmək olar.

Bir vaxtlar həkimlər qulaq deşdirməyin faydalı olduğunu dilə gətirsələr də indi bu sözü demirlər. Hətta bir vaxtlar belə bir fikirdə hökm sürərdi ki, qulaq deşdirmək görmə qabiliyyətini gücləndiriyindən orta əsrlərdə dənizçilər qulaqlarını bu səbəbdən deşdirərdilər.

Buna da baxın

Yeni il üçün maraqlı sırğalar – Fotolar

Whatsapp ilə PaylaşYeni il üçün maraqlı sırğalar – Fotolar Məhz yeni il gecəsi üçün üstünlük …