Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Qulaq kirinə qarşı sağlam üsul
Bizi mobildən daha sürətli  izləyin

Qulaq kirinə qarşı sağlam üsul

kulak_kirine_karsi_sirkeli_cozum-0Qulaq kiri xoşagəlməz olsa da, amma qulağımızı göbələkdən, böcəklərdən və bir sıra bakteriyalardan qoruyur. Mütəxəssislərin qulaq çubuğu ilə qulağı təmizləməyin ziyanlı olduğunu vurğulasalar da bir çoxları hələ də bu üsulla qulaq təmizliyinə davam etməkdədir. Ameriralı mütəxəssislərin məsləhət bildiyi yeni üsula əsasən artıq qulaq təmizləmək üçün qulaq çubuqlarından istifadə etməyə ehtiyac qalmayacaq. Sözügedən araşdırmanın nəticələri ilə qadinklubu.com sizləri tanış edir.

Amerikalı Pediyatr mütəxəssis Dr. David Hill, ” Qulaq çubuqları qulaq daxili mayeni aşağı doğru istiqamətləndirdiyinə görə, orada toplanan maye bir sıra infeksiyalara səbəb ola bilər. Qulaq kirini çubuqlarsız da təmizləməyin mümkünlüyünü vurğuladı”.

“Qulağınızı spirt ve sirkə qarışımıyla təmizləyin”

Qulağı spirt və sirkə qarışımı ilə təmizləməyin lazım olduğunu qeyd edən Dr. Hill, bir neçə damla  spirt və  sirkə qarışımını qulağa damlatdıqdan sonra  qulaq kirinin  daha rahat axmasını təmin edər və beləliklə kirin daha asan, qulağa ziyan vermədən təmizlənməsinə səbəb olacaqdır.

Xarici  qulağın olduqca həssas olduğunu söyləyən Dr. Hill, ‘Qulaqdakı kir həşaratlara qarşı qoruyucu zəmin yaradır. Eyni zamanda da bakteriyalar üçün şərait yaratmaqdadır”.

Eyni zamanda Dr. Hill, qulaqda artıq suyun qalmamasına da diqqət çəkərək, xüsusilə üzgüçülər üçün bu hadisənin daha çox rast gəlindiyini qeyd etdi. Qulaqda artıq suyun qalması bir sıra problemlərin yaranmasına gətirib çıxara bilər.

“Qulağın həftədə 1 dəfə təmizlənməsi kafidir”

Həkimin sözlərinə görə qulaq kirinin həftədə bir dəfə təmizlənməsi kifayətdir.

Buna da baxın

Evdar xanımlar mütləq bilməlidir ki…

Whatsapp ilə Paylaş 1) Sobanıza hopmuş pis yemək qoxuları üçün; yemək bişirməmişdən əvvəl sobanıza yarısı sirkə …