Əsas səhifə / Manşet / Qulaq təmizləmə çubuğunun yaratdığı 5 təhlükə
Bizi mobildən daha sürətli  izləyin

Qulaq təmizləmə çubuğunun yaratdığı 5 təhlükə

 

qulaq çubuğunun yaratdığı 5 problem

Qulaqları təmizləmək üçün qulaq çöpündən istifadə edərkən diqqətli olun.

Qulaq çöpləri yalnız qulağın qıvrım bölgələrinin təmizlənməsi üçün nəzərdə tutulmuşdur. Ancaq çoxları qulaq çöpündən düzgün şəkildə istifadə etməyərək özlərinə verə biləcəkləri zərərlərdən bixəbərdirlər.

Qadınklubu.com bu istiqamətdə diqqət yetirməli olduğunuz bəzi məqamları təqdim edir:

Xarici qulaq yolunda zədələnmə meydana gəlir.

Xüsusilə yay aylarında hovuz, dəniz və duş əsnasında suyla təmas artması səbəbindən qulağını qulaq çubuğuyla   təmizləmək xarici qulaq yolunda gözlə görülməyən bəzi zədələnmələrə yol aça bilir. O zədələnmələr və çatlaqlardan bakteriyalar asanlıqla girərək xarici qulaq yolunda infeksiyaya səbəb ola bilir. O səbəblə şüurlu hərəkət etmək, qulaq çubuqlarını qulaqların dərinliklərinə doğru toxundurmamaq lazımdır.

Çirklər daha dibə itələnir

Normalda xarici qulaq yolu qəhvəyi bir ifrazat edir. Xarici qulaq yolunu infeksiyalardan qoruyan bu ifrazat normalda xarici qulaq yolu tərəfindən çölə atılır. Amma biz onu gündəlik həyatımızda görə bilmirik. Çölə atılmasında problem olduqda isə bu içəridə toplanır. O ifrazatı qulaq çubuğu ilə təmizləmək istəyərkən əksinə yığılan çirki daha da içəri itələyərək xarici qulaq yolu kanalının tıxanmasına səbəb ola bilərsiniz.

Eşitmə itkisinə yol aça bilir

Qulağın təbii quruluşu öz-özünü təmizləmə xüsusiyyətinə malikdir. Qulaq çubuqlarından düzgün istifadə edilməzsə, eşitmə itkisinə belə səbəb ola bilər.

Qulaq pərdəsi yırtıla bilər

Qulaq pərdəsi təxminən 2.5-3 santimetr dərinlikdə yerləşir. Ani və həddindən artıq təzyiq dəyişiklikləri, partlayış, həddindən artıq səs, travma  kimi səbəblərlə qulaq pərdəsi yırtıla bilər. Bununla yanaşı  qulaq çubuğu ilə qulağı təmizləmək də bu kimi problemə səbəb ola bilər. Bu səbəblə xüsusilə hovuz, dəniz və duşdan sonra qulağın nəmini almaq kifayyət olacaqdır.

Göbələyə səbəb ola bilir

Qulaq çubuqarı vasitəsilə qulaq kanalını zədədlədikdə, qulağın öz-özünü təmizləmə funksiyası pozulur. Və qulaqda yaranan bu kimi hallar su ilə təmas etdiyində göbələyin inkişaf etməyi üçün şərait yaradır. Bu səbəbən qulaq çubuğundan sadəcə qulaqdakı nəmi almaq üçün istifadə etmək məqsədəuyğundur.

Buna da baxın

“Paltar sabunu” min dərdə çarə imiş…

Whatsapp ilə Paylaş Əgər bu möcüzəvi vasitə sizdə yoxdursa, o zaman tezliklə onu əldə etməyinizi …