Əsas səhifə / Əsas menu / Gözəllik / Qulaqlarınızı bəyənmirsinizsə, bunları edin
Bizi mobildən daha sürətli  izləyin

Qulaqlarınızı bəyənmirsinizsə, bunları edin

kulaklarinizi_begenmiyorsaniz_bunlari_yapin-0

Qulaqlarınızı bəyənmirsinizsə, bunları edin

Qulaqlarınız da bədəninizin bir hissəsidir. Bədəninizin geri qalan hissələri kimi onları da sevməyi öyrənməlisiniz. Yenə də bəzən insanlar ‘qüsur’ olaraq gördükləri yerlərini gizlətmək istəyirlər.

Əgər siz də qulaqlarınızı bəyənmirsinizsə, bunları edin:

– Saçlarınızı uzadın

Qulaqları gizlətməyin ən asan yolu saçlarınızı uzatmaq və qulaqlarınızı onlarla örtmək olacaq. Üstəlik yalnız açıq qoyduğunuzda deyil, fərqli şəkillərdə yığdığınızda da saçlarınız işə yarayacaq.

– Böyük sırğalardan istifadə edin

Sırğalarınız nə qədər böyük olsa, qulaqlarınız o qədər kiçik görünəcək.

– Müxtəlif aksesuarlardan  istifadə edin

Şlyapa, fular ya da gün eynəyi … qulaqları örtmək üçün əla vasitədir.  Üstəlik bu kiçik amma əhəmiyyətli aksesuarlar stilinizə də yeni bir nəfəs qata bilər.

– Saçlarınıza həcm qatın

Saçlarınızın gur və həcmli görünməsi, qulaqlarınızı arxa planda qoyaraq, diqqəti saça yönəldir.

– Görünüşünüzü sevməyi öyrənin

Hər insan özünə xas xüsusiyyətləri ilə fərqli və gözəldir. Özünüzü sevməyi və bəyənməkyi öyrənməlisiniz. Fiziki görünüşünüz haqqında kiçik narahatlıqlara qapılmaq və daha yaxşı hiss etmənizi təmin edəcək bir neçə taktika öyrənməkdə heç bir qorxu yoxdur amma bunların yalnız müvəqqəti tənzimləmələr olduğunu unutmayın.

Buna da baxın

Qulaq deşməyin faydası varmı-niyə qulağımızı deşirik?

Whatsapp ilə PaylaşQulaq deşməyin faydası varmı-niyə qulağımızı deşirik? Sırğa taxmaq üçün qulağın deşmə ənənəsinin tarixi …