Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Quru yeməklər / Qurban əti necə bişirilməlidir?
Bizi mobildən daha sürətli  izləyin

Qurban əti necə bişirilməlidir?

1

Qurban bayramına iki gün qalır. Qurban ətinin düzgün bişirilməsi qaydalarını bilmək də önəmlidir. Bunu nəzərə alaraq, Aile.lent.az əti düzgün bişirməyin yollarını təqdim edir.

Ətin yumşaqlığı heyvanın növü, yaşı, əzələ və yağ toxumasının miqdarı, qidalanması, kəsildikdən sonrakı saxlanma vəziyyətinə görə dəyişir. Yaxşı qidalanmayan və çox hərəkət edən heyvanın əti sərt olur. Buna görə də heyvanın müxtəlif yerlərindən əldə edilən ətlərdə fərqli bişirmə üsulları tətbiq edilir. Yaxşı qidalanan heyvan əti yağlı olur. Yağlı ətlər daha yumşaqdır. Heyvanlar yaşlandıqca yağlılıq dərəcəsi azalır. Ətin bişirilməsində növü və əzələ toxumasına görə hazırlanması ətin ləzzətini artırır.

Yüksək istilikdən uzaq durun

Quru istilikdə bişirilməsi uyğun olan ətlər əzələ toxuması az olan ətlərdir. Qızartma və sobada qovurmaq bu üsul bişirməyə aiddir. Əzələ toxuması çox olan ətlər qıyma halına gətirilərək küftə formasında quru istidə bişirilə bilər. Qızartma zamanı yüksək istilik verilməməlidir. Bu, ətin tez qurumasına və içinin çiy qalmasına səbəb olur. Bundan başqa, yüksək istidə bişirilmə zülal itkisinə səbəb olur.

Toyuq ətinin qızartma və ya yağsız tavada öz yağında bişirilməsi toyuğa uyğun ən yaxşı bişirilmə üsuludur.

Nəmli istilikdə bişirilmə

Əzələ toxuması çox olan ətlərə tətbiq edilir. Bu bişirmə üsulu ilə – az su istifadə edilərək, quşbaşı və parça ətlər, kabab, qabırğa kababı, bifşteks kimi yeməklər hazırlana bilər.

Yağda qızartma üsulları: sağlamlıq baxımından məsləhət görülməyən bu üsul isə qıymanın küftə formasına salınması və ya balıq növlərində istifadə edilir. Yağ çox qızarmış olarsa, ətin üst hissəsi quruyur və içərisinə istiliyin getməsinə mane olar. Ət bişmir və çiy qalır. Ətin yanıq hissələri kansoregen maddələr əmələ gətirir. Az yağ istifadə olunması isə ətin daha çox yağ çəkməsinə səbəb olur. Ev quşları və balığı qızartmazdan əvvəl unlamaq olar.

Buna da baxın

Ailə büdcəsinə necə qənaət etmək olar?

Whatsapp ilə Paylaş   Nəzərə alsaq ki, ən çox maddi xərc qidalara sərf edilir, odur …