Əsas səhifə / Əsas menu / Gözəllik / Quru dəridəki sızanaqları yox edən maska
Bizi mobildən daha sürətli  izləyin

Quru dəridəki sızanaqları yox edən maska

Quru dəridəki sızanaqları yox edən maska

Sızanağın yalnız yağlı cildlərin problemi olduğunu düşünməyin. Quru dərilərdə də bəzən dərin, köklü və narahat edici sızanaqlar çıxar. Səbəbi,  onsuzda əskik olan yağ ifrazının hər hansısa bir səbəbdən səthə çıxmağa çalışması, lakin cildin qurululuğu səbəbindən çıxa bilməməsidir. Hansı ki, bu hal cilddə sızanaq kimi özünü büruzə verərək ifraz olunur.

Bəs  ani yağ artımına nə  səbəb olur?

Bəzi hormonal dəyişikliklər, həddindən artıq isti mühitlər, stress, həddindən artıq yağlı və ədviyyatlı qida, davamlı istifadə edilən  bir dərmanın istifadə edilməməsi, ağır bir pəhriz proqramına girmək, hamiləlik, mühit  dəyişikliyi və s. sızanaqların yaranmasına başlıca səbəblərdəndir.

Quru dərilərdə yağ ifrazatı onsuz da azdır. Bu dərilərdə məsamələr ya incə, ya da bağlıdır. Bununla yanaşı  quru dərini  gellər, PH dəyərli sabunlarla təmizlədikdə dəri daha da quruyar. Hətta qorunma təbəqəsinin qeyri-kafiliyindən get-gedə allergiya, quruma, qabıqlanma, sızanaqlar kimi problemlərlə qarşı-qarşıya qala bilərsiniz. Quru dəriyə sahib olanlar sızanaqların çarəsindən çox fomalaşmaması üçün bəzi meyarla diqqət etməlidirlər. Hansı ki, həmin cildə qulluq qaydalarını qadinklubu.com sizlər üçün araşdırdı.

Unutmayın quru dəridə həm “su” həm “yağ” əskikdir.

Quru dəridə sızanaq çıxmaması üçün …

  1. Tərkibində kimyəvi maddələr olmayan, süd və toniklə təxirə salmadan hər axşam cildinizi təmizləyin.
  2. Üz təmizləmə fırçalarından istifadə etməyin(süngər istifadə etmək olar).
  3. Təmizlədikdən  sonra mütləq spirtsiz toniklə səthi sakitləşdirin.
  4. Yağ ifrazını artıran ucuz məzmunlu tonlaşdırıcı kremlər istifadə etməyin.
  5. Qaynar suyla duş almayın.
  6. Yağ sekresiyasını əmən maskalar istifadə etməyin.
  7. Günəş şüalarının dik düşdüyü  zamanlarda və həddindən artıq açıq havada qalmayın.
  8. Su istehlakına laqeyd yanaşmayın.
  9. Qarlı havalarda, soyuqda və küləkdə üzü mütləq soyuqdan  qoruyun.
  10. Yaşınız artdıqca nəmləndiricinizin keyfiyyətini daha zəngin olanını  seçin.
  11. Həddindən artıq isti yerlərdə qalmayın.
  12. Səhər və axşam nəmləndirici istifadəsinə  əsla laqeyd yanaşmayın.
  13. Həftədə 2 dəfə duş sonrası, cildinizə ozonlu gel tətbiq edin. İki saat qədər sonra kağız dəsmalla silin. Yumayın.

Qaydalara riayət etsəniz cildinizdə sızanaq çıxmayacaqdır. Var olanlara isə  sızanağı qurudan məhsullardan istifadə edin. Çıxmaqda olan sızanağın çıxmasına mane olar. Çıxmış olanı ən tez müddətdə yox edər.

Quru dərilərdəki sızanaqlar üçün  maska

Tərkibi:

  • 1 x/ qaşığı bitki yağı
  • 1 yumurta sarısı

Hazırlanması və tətbiqi:

Yumurta sarısı ilə bitki yağını bir maddə halına gələnə qədər qarışdırırıq. Daha sonra təmizlənmiş cildə tətbiq edib 10-15 dəqiqəgözlətikdən sonra ilıq su ilə durulayırıq.

Kartof maskası

Tərkibi:

  • 1 kartof
  • 100 ml süd

Hazırlanması və tətbiqi:

Kartofu soyuq  doğradıqdan sonra südlə bişiririk. Bişdikdən sonra püre halına gələnə qədər əzirik. İlıq halda təmi cildə tətbiq edirik.10-15 dəqiqə gözlətdikdən sonra sərin su ilə yumaq lazımdır.

Buna da baxın

Quru dəri üçün mayonez möcüzəsi…

Whatsapp ilə Paylaş Dəriniz xüsusilə fəsildən fəsilə keçdikcə daha çox qış aylarında tez-tez quruyur? Qadınklubu.com …