Əsas səhifə / Əsas menu / Gözəllik / Quru dərilər üçün nəmləndirici maska
Bizi mobildən daha sürətli  izləyin

Quru dərilər üçün nəmləndirici maska

20000664-853401551-br_sc_giordanigold

Quru dərilər üçün nəmləndirici maska

Quru dərilərin ən böyük problemlərindən olan nəm itkisinin qarşısını almaq üçün evdə təbii maska hazırlamaq mümkündür. Yalnız həftədə bir dəfə istifadə edə bilərsiniz.

Lazımi vəsaitlər:

1 ədəd yumurta sarısı

1 xörək qaşığı bal

Maskanın hazırlanması:

Uyğun bir qabda bir yumurta sarısı və bir yemək qaşığı balı yaxşıca qarışdırın. Alınan kütləni yaxşıca qarışdırdıqdan sonra bir kənarda 2-3 dəqiqə gözlədin.
Bu müddət ərzində üzünüzü sabun və ya üz təmizləmə geli ilə yaxşıca yuyun. Bol su ilə yaxalayandan sonra maskanı üz nahiyyənizə masaj edərək çəkin və 15 dəqiqə gözləyin.

Sonra üzünüzü ilıq suyla yaxşı yaxalayın. Üzünüzü yuyarkən sabun, gel və s. istifadə etməyin. Artıq dərinizi nəmləndirməyiniz üçün kosmetik məhsullara ehtiyacınız yoxdur!

Buna da baxın

Daha canlı və təravətli cild üçün 5 peeling tərifi

Whatsapp ilə Paylaş  Hamının xəyalı gözəl, parlaq və hamar bir dəriyə sahib olmaqdır. Bu xəyalımızı …