Əsas səhifə / Əsas menu / Gözəllik / Quru dərili xanımların nəzərinə
Bizi mobildən daha sürətli  izləyin

Quru dərili xanımların nəzərinə

l

Gözəl dəri sağlamlığın ən mühüm göstəricilərindən biridir.

Bir çox amillər – iqlim, səhhətin vəziyyəti, peşə fəaliyyəti, həyat tərzi, spitli içkilər, popirosun və s. zərərli səbəbləri dəriyə təsir edir. Bu amillər dərinin mikroblara qarşı mübarizəsini zəiflədir, onu qıcıqlandırır. Nəticədə, dəri qabıq verir və onda qırışlar, ağır allergik reaksiyalar, civzələr, sızanaqlar əmələ gəlir.

Civzələr piy vəzilərinin ən çox təsadüf olunan təzahürüdür. Civzələr hormonların, turşuluğun pozulması, qəbizlik zamanında əmələ gələ bilər.

Civzələrin müalicəsi zamanı ən mühüm şərt pəhrizə riayət etmkdir. Duzlu xörəklər, spirtli içkilər, kakao, şokolad və s. tünd təamlı yeməklər məhdudlaşdırılmalı, yağsız ət, ağartılar, meyvə və tərəvəzlərdən istifadə olunmalıdır. Bundan başqa, təmiz havada çox olmaq, idman ilə məşğul olmaq lazımdır. Bu zaman yağlı kremlərdən istifadə etmək olmaz.
Sızanaqlar zamanı gigiyenik tədbirlərə daha çox əməl olunmalıdır. Bunun üçün üzü gündə iki dəfə tərkibində kükürd olan sabunla yumaq lazımdır. Lakin sifətində tük olan qızlar kükürdlü sabundan istifadə etməməlidirlər. Onlar üzlərini adi sabun və ilıq su ilə yuyub, sonra çay sodası qatılmış su ilə (1 litr suya 1 xörək qaşıq soda) yaxalamalıdırlar.

Üzü nanə və trap kökü dəmləməsi qatılmış ( 1litr suya 1 çay qaşığı ot) su ilə yaxalamaq da yaxşı nəticə verir.
Dərinin xüsusiyyətlərindən asılı olaraq sifətin dərisi normal, quru, yağlı və qarışıq olur. Quru dərilər qırışa meyilli olduğu kimi, yağlı dərilər də civzələrə, sızanaqlara meyilli olurlar.

Qadınklubu.com-un təklif etdiyi maskalar vasitəsilə gözəl dəriyə sahib ola bilərsiniz.

Bu gün quru dəri üçün maska təqdim edirik.

Quru dəri üçün karotin maskası: 1 çay qaşığı təzə kəsmik, 1 çay qaşığı təzə qaymaq və 1 çay qaşığı yerkökü şirəsi ilə qarışdırılır və nazik layla (ilıq su ilə yuyulub təmizlənmiş) dəriyə çəkilir. 10 dəqiqədən sonra əməköməci dəmləməsi ilə silinir.

Yumurta sarısından maska: 1 yumurta sarısı yarım çay qaşığı zeytun yağı və 5 damcı limon şirəsi ilə qarışdırılır. Nazik layla (ilıq su ilə yuyulub təmizlənmiş) dəriyə çəkilir və 8-10 dəqiqədən sonra ilıq su ilə yuyulur.

Buna da baxın

Yumurta ilə dəriyə qulluq

Whatsapp ilə Paylaş Tərkibində 50-dən çox zülal saxlayan bir qida olan yumurta bədənimizə faydalı olduğu …