Əsas səhifə / Əsas menu / Gözəllik / Quru dəriyə qulluq – Turp maskası
Bizi mobildən daha sürətli  izləyin

Quru dəriyə qulluq – Turp maskası

Quru dərili xanımlar üçün maska reseptləri paylaşmağa davam edirik.

Bu dəfə təqdim edəcəyimiz maskanın əsas ərzağı turpdur. Turpla hazırlanan maskalar xüsusilə quru dərilərdə möcüzələr yaradır. Quru dəri elastikliyini tez itirir və tez qırışır, buna görə də turp maskası, xüsusilə quru dəriləri mükəmməl bir şəkildə nəmləndirir və elastiklik qazandırır.

Maskanın hazırlanması:

Turpu rəndələyib, 1 yemək qaşığı turpla zeytun yağı, ya da başqa hər hansı bir bitki mənşəli yağı qarışdırın. Əldə edilən qarışığı üzə sürtün və 10-15 dəqiqə sonra ilıq su ilə yuyun. Turpu rəndələyərkən çıxan suyunu atmayın, çünki turp suyu təmiz, quru və normal dəri üçün uğurlu bir lasyondur. Bu lasyonla dəriniz təzələnəcək və rahat nəfəs alacaq. Ayrıca bu lasyon dəri üçün çox yaxşı bir nəmləndiricidir.//xatun.life

Buna da baxın

Evdə təbii antibiotik hazırlanması – Resept

Whatsapp ilə Paylaş Bal, sarımsaq, alma sirkəsi ilə evdə təbii antibiotik hazırlaya bilərsiniz. Bu möcüzəvi …