Əsas səhifə / Əsas menu / Gözəllik / Quru dəriyə sahibsinizsə bunlardan uzaq olun!
Bizi mobildən daha sürətli  izləyin

Quru dəriyə sahibsinizsə bunlardan uzaq olun!

quru dəriyə sahibsinizsə bunlardan uzaq olun

Quru dəri yalnız pis görünməklə deyil,  eyni zaman da narahatlıq hissi yaradaraq da problem yaradır. Quru cildli olanlar tərkibində maye olan dehidrasyon tərkibli, yəni su ehtiva edən kremlərdən faydalanmaqları məsləhətdir.  Bu tipli dəriyə sahib olanların əsla istifadə etməməli olduqları 5 maddə mütəxəssislər tərəfindən müəyyənləşdiriblər. Dərinizdə tərkibində  bu maddələr olan kosmetik vasitələri əsla  istifadə etməyin. Əks halda dəri quruluğunuz  bir neçə qat daha arta bilər. Qadinklubu.com həmin maddələri diqqətinizə çatdırır.

1- Retinol

Retinol  sədəf xəstəliyi, civzə və sızanaq   kimi dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Ancaq retinolun qurutma təsiri olduğu üçün quru dərilər üzərində tətbiqi,  çox ciddi problemlərə səbəb ola bilər. Dəridə qaşıntı və  qabıqlanmaya səbəb olur. Bunun üçün çox quru dəri tipi olanların istifadə etməməlidir.

2- Benzoil peroksid

Benzoil peroksid ümumiyyətlə civzə müalicəsində istifadə edilən bir kimyəvi maddədir. Bu səbəblə quru dərilər üzərində tətbiq edilməsi, dəridə soyulma, qaşıntı və qızartı da daxil olmaqla bir çox başqa problemlərin yaranmasına səbəb olar.

3- Spirt

Quru dəriyə sahib olanların əsla tərkibində  spirt olan jel və losyonlar istifadə etməməkləri lazımdır. Ümumiyyətlə, jel və losyonların tərkibində  spirt var. Mütəxəssislər, bu cür məhsullar alarkən, mütləq tərkibini öyrənmək və mümkünsə spirtsiz olanlarından istifadə edilməsini məsləhət bilirlər..

4- Salisil turşusu

Salisil turşusu ümumiyyətlə, dərinin ölü  hüceyrələrdən  təmizlənməsi üçün istifadə edilir. Əgər dərinizə peeling edəcəksinizsə,  quru dərilərüçün olan  peeling seçin. Bəzi dəri yumşaldıcılarının da peeling xüsusiyyəti var. Bunlardan da istifadə edə bilərsiniz.

5- Ətirlər və qoruyucular

Qoxu və qoruyucular, dəri üzərindəki allergiyanın yaranmasındakı ilkin  səbəblərindən biridir. Dərinizdə qıcıqlanma varsa, istifadə etdiyiniz kremlərin tərkibindəki  qoxu və qoruyucular dərinizin qızararaq qaşınmasına  səbəb olacaq. Buna görə də istifadə etdiyiniz  kremlərin  tərkibində  qoxu və qoruyucuların  olmamasına diqqət göstərin.

Buna da baxın

Uşaqlarda aqressiya və yaranma səbəbləri

Whatsapp ilə Paylaş Aqressiya-(lat ”aqressio”-hücum,tutma) məqsədli fəaliyyət olub, başqa insana, heyvana və ya insan qrupuna …