Əsas səhifə / Əsas menu / Gözəllik / Qurumuş ayaqlar üçün təbii üsul və maskalar
Bizi mobildən daha sürətli  izləyin

Qurumuş ayaqlar üçün təbii üsul və maskalar

14374618240.85979900Qurumuş ayaqlar üçün təbii üsul və maskalar

Hamar və yumşaq ayaqlara sahib olmaq istəyirsinizsə sizə təklif edəcəyimiz bu maskalardan faydalana bilərsiniz.

Limon maskası

Vəsaitlər: Limon, şəkər və zeytunyağı

Tətbiqi: Bütün vəsaitləri birləşdirin. Qıçlarınıza dairəvi hərəkətlərlə masaj edərək yedirin və çox gözlətmədən isti suyla yuyub soyuq suyla qan dövranını təmin edin. Ardından ovucunuza bir az zeytun yağı töküb qıçlarınıza sürtün.

Qabartma tozu maskası

Tərkibi: Maye sabun, qabartma tozu

Tətbiqi: Qabartma tozunu bir miqdar maye sabun ilə qarışdırıb quruyan qıçlarınıza sürtün. Yüngül yüngül qabarcıqlar görəcəksiniz. Ardından ilıq su ilə yaxalayın. Yüngül bir nəmləndirici sürtün və aradakı fərqi görün!

Bal maskası

Tərkibi: Bal, boz şəkər

Tətbiqi: İki vəsaiti də qarışdırın. Qıçlarınıza dairəvi hərəkətlərlə masaj edərək tətbiq edin. Ardından yuyun. Maskadan sonra Hindistan qozu yağı ya da zeytun yağı kimi təbii nəmləndiricilərlə qıçlarınızı nəmləndirin.

Bəzi üsullar

– Qıçlarınızı orta yumşaqlıqda bir fırça ilə fırçalamaq hər daim yumşaq qıçlara sahib olmağınızı təmin edər. Həftədə iki dəfə fırçalamaq sayəsində məxmər kimi qıçlara sahib ola bilərsiniz.

– Kosmetika nəmləndiriciləri faydalanmaq yerinə zeytun yağı və Hindistan qozu yağını seçim etsəniz qıçlarınız pul pul tökülməz və nəm tarazlığını qoruyar.

Buna da baxın

Artıq çəkilərinizə bu çayla vida edin

Whatsapp ilə Paylaş Tərkibi 1 su stəkanı su yarım limon 2 dilim təzə zəncəfil 1 …