Əsas səhifə / Əsas menu / Gözəllik / Quruyan əl dərisi üçün evdə hazırlanan maskalar
Bizi mobildən daha sürətli  izləyin

Quruyan əl dərisi üçün evdə hazırlanan maskalar

Quru əl dərisi insanların ümumiyyətlə dəri tipindən asılı ola bildiyi kimi, buna eyni zamanda, yuyucu toz və vasitələr, susuzluq, eyni zamanda soyuq hava şəraiti, şaxtalı havalar da səbəb ola bilər. Dəri quruduğu zaman, çatlaqlar yananır. Bu da heç də xoş olmayan görüntüyə səbəb olur. Qadinklubu.com-un quru əl dərisi üçün təqdim etdiyi maskaları tətbiq edərək, bu probledən qurtula bilərsiniz.

Bal maskası

bbb

  • 1 çay qaşığı bal
  • 1 xörək qaşığı zeytun yağı
  • Bir qab su

Hazırlanması
Bir qabın içinə ilıq su doldurub, əllərinizi suya salın. 10 dəqiqə saxladıqdan sonra, əllərinizi sudan çıxarın. Bir kasanın içinə zeytun yağı və balı töküb, qarışdırın. Quruyan əllərinizi həmin qarışımın içinə daxil edin və 5 dəqiqə gözləyin. Ardınca, ilıq su ilə yuyun. Həftədə bir dəfə tətbiq edəcəyiniz bu maska ilə, daha yumşaq, nəmli dəriyə sahib olacaqsınız.

Gil maskası

gil

  • 2 ədəd yumurta sarısı
  • 1 çay qaşığı badam yağı
  • 1 çay qaşığı gil

Hazırlanması
Yumurta sarılarını bir qaba töküb, üstünə badam yağını və gili əlavə edin. Ləvazimatları qarışdırıb, krem halına gətirin. Qabı soyuducuya qoyub, 10 dəqiqə gözləyin. Qatı hala gəldiyi zaman, əllərinizə çəkin. 10 dəqiqə gözlədikdən sonra, əllərinizi yuyun. Bu maskanı həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

Şəkər maskası

sekk

  • 1 çay qaşığı şəkər tozu
  • 2 çay qaşığı zoğal suyu

Hazırlanması
Əllərinizi qurutmayacaq bir sabunla yuyun. Suyun ilıq olmasına diqqət edin. Ləvazimatları qarışdırdıqdan sonra, alınan qarışımı əllərinizə çəkin. 2 dəqiqə gözlədib, bol su ilə yuyun. Quru əlləri nəmləndirən bu maskanı, 3 gündən bir istifadə edə bilərsiniz.

Vazelinli maska

vazzz

  • 1 çay qaşığı badam yağı
  • Yarım limon (suyu)
  • 2 litr su (ilıq)
  • kifayət edəcək qədər vazelin

Hazırlanması
Suyun içinə  badam yağını və limon suyunu əlavə edin. Əllərinizi bu qarışıma salıb, 15 dəqiqə saxlayın. Vaxt tamam olduqdan sonra əllərinizi çıxarıb, yumadan qurulayın. Yarım çay qaşığı vazelinin üzərinə bir neçə damcı limon suyu əlavə edin və əllərinizin üzərinə çəkin. İki əlinizə də sellofan əlcəklər keçirib, yarım saat gözləyin. Və budur, artıq siz yumyumşaq əllərə sahibsiniz.

Buna da baxın

Əllərin yaşlanmasını gecikdirən maska

Whatsapp ilə Paylaş Yaşımız ən tez göz ətrafı, boyun, dekolte nahiyyədə və təbii ki, əllərdə …