Əsas səhifə / Əsas menu / Gözəllik / Quruyub çatlayan dodaqlar üçün qidalandırıcı maskalar
Bizi mobildən daha sürətli  izləyin

Quruyub çatlayan dodaqlar üçün qidalandırıcı maskalar

Ətrar mühitin, eləcə də, yeyib-içdiklərimizin təsirilə dodaqlarımız tez-tez quruyub çatlayır. Bunun qarşısını almaq üçün mütəmadi olaraq dodaq balzamlarından istifadə etmək lazımdır. Ancaq baxımlı və dolğun görünən dodaqlar üçün mütləq xüsusi maskalara müraciət etməlisinlz.

Xiyar maskası

1 xörək qaşığı qatıqla 1 xörək qaşığı balı qarışdırın. Daha sonra bir neçə dilim xiyarı əzərək suyunu çıxarın. Bu suyu bal və limonun üzərinə əlavə edərək qarışdırın. Maskanı dodaqlarınıza çəkib 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə təmizləyin.

Badam yağı maskası

1 çay qaşığı bal ilə eyni miqdardakı badam yağını qarışdırıb aşağı odda bir az qızıdırın. Daha sonra vanil əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra dodaqlarınızı onunla masaj edin. 15 dəqiqə sonra maskanı təmizləyin.

Ballı pomidor maskası

Bu maska üçün 1 xörək qaşığı bala, 1 xörək qaşığı qatığa, 1 ədəd pomidora ehtiyacınız olacaq. Pomidoru püre halına gətirin. İçərisinə balı və qatığı əlavə edib qarışdırın. Maskanı dodaqlaırnıza çəkib 20 dəqiqə gözləyin. Maska quruduqdan sonra ilıq su ilə təmizləyin.

Buna da baxın

10 yaş gəncləşdirən maska

Whatsapp ilə PaylaşTərkibi: 3 çay qaşığı düyü 1 yemək qaşığı süd 1 yemək qaşığı bal …