Əsas səhifə / Əsas menu / Gözəllik / Rəngsiz xına – üz dərisini qüsursuz edən əla vasitə
Bizi mobildən daha sürətli  izləyin

Rəngsiz xına – üz dərisini qüsursuz edən əla vasitə

xina

Hamı bilir ki, xına saçları sağlam və möhkəm edir. Lakin xına tək saçlar üçün deyil, üz dərisi üçün də çox xeyirlidir – dərini civzələrdən, sızanaqlardan əla təmizləyir, hamar, yumşaq edir, məsamələri kiçildir, dərinin rəngini yaxşılaşdırır, kiçik qırışları açır. Üz maskaları üçün yalnız rəngsiz xına istifadə olunmalıdır!

Rəngsiz xına ilə maskalar əsasən yağlı, problemli (üzərində sızanaqlar və civzələr olan) dəri üçün istifadə olunur. Xına dərini qurudur və bu səbəbdən quru dəri üçün istifadə etdikdə xınanı yarıbayarı su və zeytun və ya badam, itburnu, ərik yağı ilə qarışdırmaq lazımdır.

Üz dərisini təmizləyən maskalar:

– Xına isti qaynanmış suda həll olunur, yaxşı qarışdırılır (sıyıq kimi alınmalıdır), soyudulur və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı sərin su ilə yuyun.

– 2 xörək qaşığı kefir bir qədər qızdırılır, 1 xörək qaşığı xına ilə həmcins kütlə alınana kimi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı yuyun.

– Maska-pilinq (dərini ölü hüceyrələrdən, çirkdən təmizləyir, rəngini yaxşılaşdırır).
1-2 xörək qaşığı rəngsiz xına isti suda həll olunur, yaxşı qarışdırılır və ilıq halda üz dərisinə çəkilir. Maska tam quruyandan sonra (20-30 dəqiqə çəkir) üzünüzü bir qədər isladın və barmaqların ucları ilə dərinizi 1-2 dəqiqə ərzində yaxşı təmizləyin (skrab kimi). Daha sonra üzünüzü ilıq su ilə yuyun və krem çəkin. Bu maskadan sonra dəri təmiz, yumşaq və hamar olur.//sağlamolun.az

Buna da baxın

Üz yoqası ilə daha cavan görünüş

Whatsapp ilə Paylaş  Üz yoqası- insanın barmaqlarla üzü gərmə, əzələ hərəkətləri və dəri analizi ilə dərisini …