Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Rəvani şirniyyatı resept
Bizi mobildən daha sürətli  izləyin

Rəvani şirniyyatı resept

revani-tatlisi-tarifi-1

Rəvani şirniyyatı resept

Tərkibi:

-3-4 yumurta,
-1,5 su stəkanı şəkər,
-1,5 su stəkanı irmik (mannı),
-1,5 su stəkanı qatıq,
-1,5 su stəkanı duru yağ,
-2,5 su stəkanı un,
-1 su stəkanı üyüdülmüş qoz,
-1,5 paket qabartma tozu,
-1 paket vanilin,

Şərbəti üçün:

-3 su stəkanı şəkər,
-4 su stəkanı su,
-1 çay qaşığı limon suyu,

Üzərinə:

-3 yemək qaşığı kakos

Hazırlanması:

Əvvəlcə xəmiri rahat çırpa biləcək bir kasa alın. İçərisinə yumurta və toz şəkəri əlavə edib çırpın. Ardından duru yağ ilə qatığı əlavə edib çırpın. Kasanın içərisinə irmik (mannı), üyüdülmüş qozu  və qabartma tozunu əlavə edib , ardından da unu əlavə edib gözəlcə çırpın. Sonda isə vanilini əlavə edərək çırpmanı davam etdirin.

Rəvanini bişirmək üçün istiyə davamlı dörtkünc qabı yağlayın. Qabın içərisinə hazır xəmiri tökün. əvvəlcədən 170 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.

Rəvani fırında bişərkən şərbətini hazırlayaq.

Şərbəti qaynardıqdan sonra limon suyunu da əlavə edib ocağı söndürün. Rəvanini dilimləyin. Soyuduqdan sonra şərbəti onun üzərinə tökün. Ancaq şərbət bir az ilıq olmalıdır. Şərbəti də tökdükdən sonra başqa bir sini ilə üstünü örtərək bir az dincə qoyun.
Şirniyyat şərbəti çəkdikdən sonra üzərinə kakosu səpin və süfrəyə təqdim edin

Nuş olsun!

Buna da baxın

Mətbəx sirləri

Whatsapp ilə Paylaş Çörək, kruasan və ya şirniyyat bişirdikdə onların yumşaq olmasını istəyirsinizsə, aşağıdakı qaydalara …