Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamiləlik / Rahat bir hamiləlik dönəmi üçün 5 məsləhət
Bizi mobildən daha sürətli  izləyin

Rahat bir hamiləlik dönəmi üçün 5 məsləhət

ii

Qadınlar hamilə olduqlarını öyrənəndə, həm bu xəbərə sevinir, həm də narahatlıq hissi yaşayırlar. Qadinklubu.com-un təqdim etdiyi bu məsləhətləri tətbiq etməklə, hamiləlik dönəminizi daha rahat keçirə bilərsiniz.

 

Hamiləlik haqda məlumatlar əldə edin

Hamiləlik dönəmi bir qadın üçün olduqca önəmlidir. Hamiləlik tamamilə fizioloji bir durumdur. Bunu bilərək araşdırmalara başlayın. Hamiləlik haqqındakı qorxulu hekayələrin şişirtmədən başqa bir şey olmadığını bilin. Bu mövzuda ən etibarlı mənbə, həkimlərdir.

Həyatınızı hamilə olduğunuz həqiqəti ilə yaşayın

Artıq siz həm öz həyatınıza, həm də körpənizin həyatına görə məsuliyyət daşıyırsınız. Buna görə də, qidalanmanıza xüsusi  diqqət edin. Siqaret çəkilən mühitlərdən uzaq durun. Sizi yoracaq işlər görməyin. Düzgün yuxu rejimi qurun. Ən kiçik şeyləri belə hamiləliyinizə görə planlayın.

Həyat tərzinizi nəzərdən keçirin

Hamiləlik bir savaş deyil, sizin şəxsi inkişafınız üçün də önəmlidir. Bunu unutmayın. Hamiləliyin ən çətin vaxtlarında belə pozitiv düşünməyə çalışın. Belə məqamlarda həyata baxışınızı dəyişdirin.

Qarderobunuzu yeniləyin

Hamiləliyin 3-cü ayında etibarən sürətlə çəkiniz artacaq. Buna görə əvvəlki paltarlarınızı artıq rahatlıqla geyinməyə bilərsiniz. Bunu nəzərə alaraq, 3 ay tamam olmamış, elə əvvəlcədən yavaş-yavaş hamiləlik paltarları almağa başlayın ki, sonra birdən maddi cəhətdən çətinlik yaşamayasınız.  Daha rahat və gen paltarlar alın. Paltarların tərlətməyən parçalardan, pambıqdan olmasına diqqət edin. Sintetik paltarlardan uzaq durun.

Sizə uyğun həkimi tapın

Hamilə olduğunuzu öyrəndiyiniz gündən etibarən, özünüzə yanında rahat hiss edəcəyiniz, onunla rahatlıqla danışa biləcəyiniz həkim seçin. Mütəmadi olaraq yoxlamalara gedin. Yaxşı bir həkim, hamilə qadının narahatlıqlarını azaldacaqdır. Hər hansı bir probleminiz olmasa belə, çalışın yoxlamalara vaxtında gedin.

 

 

 

 

 

 

 

Buna da baxın

Gicitkəni balla qarışdırsanız…

Whatsapp ilə Paylaş Balla gicitkənin hər ikisi ayrı-ayrılıqda orqanizm üçün çox faydalıdır. Onların ikisi birləşdikdə …