Əsas səhifə / Əsas menu / Dəb / Rahatlığı sevənlərin seçimi
Bizi mobildən daha sürətli  izləyin

Rahatlığı sevənlərin seçimi

untitled

Qadın və ya kişi fərq etməz, hər birimiz günümüzü müəyyən paltar qəliblərinin içində keçirməli oluruq.  Köynəklər, şalvar və ətəklər, klassik ayaqqabılar işgüzar bəy və xanımların  qarderoblarında ən çox istifadə etdiyi partarlardır.  Buna baxmayaraq, siz bu qəliblərin içərisində də rahatlığınızı tapa bilərsiniz. Qadinklubu.com-un bunun üçün sizə bir neçə məsləhəti var.

Alt paltarları

Gün boyu rahat hiss etmək istəyirsinizsə, alt paltarlarınızı doğru seçməlisiniz.  Xüsusilə qadınlar alt paltarı seçərkən , tikişləri bilinməyən,  pambıq parçalar  seçməlidirlər. Bu zaman, həm paltarlarınızın altından iz bilinməz,  həm də gün boyu rahat, güvəndə olarsınız. Kişilərin də gün boyu rahat olmağını təmin edəcək alt paltarları seçilməlidir. Bunun üçün doğru ölçü sağlam və rahat hiss, dəriyə nəfəs aldıracaq parçalar seçilməlidir.

Hərəkətli detallar

Bəzən smart casual bir görünüş yaratmaq yerinə, daha rahat bir stil sahib olmaq istəyə bilərsiniz. Ancaq seçim edərkən, işə getdiyinizi də unutmayın. Bunun üçün kiçik detallarla, daha gözəl  görünüş yarada bilərsiniz.  Rahat, lakin atlas, ipək kimi zərif parçalarla hərəkətləndirilmiş köynəklər və sviterlər bunun üçün yaxşı bir seçim ola bilər.

Damalı köynəklər

Xüsusilə işləyən kişilər üçün, bu köynəklər möcüzəvi kəşfdir. İşə gedərkən köynəyi geyinib, şalvarın içinə salaraq, həm rahat həm də gözəl görünüş əldə edə bilərsiniz.

Donlar

Don geyə bilmək baxımından, qadınlar kişilərdən daha şanslıdır. Gün içində qarışıq bir kombin düşünməyə vaxtınız yoxdursa, daha çox köynək stilində donlar seçərək gözəl görünüş yarada bilərsiniz.

Buna da baxın

Ayaqlarınızın daha uzun görünməsi üçün bunları edin

Whatsapp ilə Paylaş Ayaqlarınızı istədiyiniz uzunluqda olmaya bilər. Siz manikenlər kimi uzun olmaya bilərsiniz. Lakin, …