Əsas səhifə / Əsas menu / DİN / Ramazan ayında yaşanan bir çox narahatlıqlar
Bizi mobildən daha sürətli  izləyin

Ramazan ayında yaşanan bir çox narahatlıqlar

j

Ramazanda uzun müddət aclıq və susuzluğa görə, bəzi insanlarda eyni narahatlıqlar yaşana bilər.

Qadınklubu.com oruc tutanların Ramazan ayı boyunca ən çox qarşılaşdığı narahatlıqları və görəcəkləri tədbirləri təqdim edir:

-Qəbizlik:

Həddindən artıq zəyif qida alan, az su içən oruç tutanlarda rast gəlinə bilər. Qəbizlik səbəbi ilə hemoroid və qarın şişməsi də meydana yarana bilər. Bu zaman şokolad, tort kimi qidalardan uzaq dayanmaq, su içməyi artırmaq lazımdır.

-Təzyiq düşməsi:

Günortadan sonra oruclu insanlarda təzyiq düşməsi ola bilər. Az maye qəbul edilməsi və duzsuz yeyilməsi təzyiq düşməsini artıran səbəblərdəndir.

-Baş ağrısı:

Baş ağrısı xüsusilə iftara doğru yaşanır. Əgər qan təzyiqi aşağıdırsa, baş ağrısı ciddi hal ala bilər.

-Qan şəkərinin düşməsi:

Halsızlıq, titrəmə, hərəkət edə bilməmək, baş ağrısı, ürək döyünməsi, qan şəkəri düşməsinin nəticəsidir. İmsakda həddindən artıq şəkərli yemək qan şəkəri düşməsinə gətirib çıxarır.

-Mədə yanması:

Ramazanda boş mədədə əmələ gələn turşu sekresiyasının artması mədə xəstəliklərini ortaya çıxarır. Qəhvə, kola və ağır yeməklər də mədə xəstələrinə mənfi təsir edir. Xüsusilə mədə şikayəti olanlar həkimlə məsləhətləşərək oruc tutmalıdır.

-Ürəkbulanma və qusma:

İftarda bol miqdarda alınan qidalardan sonra ürək bulanma və qusma baş verə bilər. Ən çox rast gəlinən səbəbi qastrit, mədə və ya on iki barmaq xorası, öd kisəsi iltihabı, pankreas iltihabı kimi vəziyyətlərdir. Qusma ümumiyyətlə yeməkdən 2 saat sonra yaranır.

Kimlərin oruc tutması təhlükə yaradar?

– Son 1 il ərzində infarkt keçirənlər

– Ürək xəstəliyilə bağlı şikayəti olanlar

– Çoxlu dərman istifadəsi tələb edən ürək çatışmazlığı olanlar.

Buna da baxın

Minlərlə xəstə bu qarışıq ilə sağaldı

Whatsapp ilə Paylaş Hər səhər ac qarnına 1 qaşıq yeyin… Sözgüdən məhsullardan istifadə etməklə xəstəliklərdən …