Bizi mobildən daha sürətli  izləyin

Ramazan pidəsi

ramazan

Ramazan pidəsi

1 ədəd böyük pidə üçün;

Tərkibi:

6 st. un
1 st. ilıq süd
1 st. ilıq su
1/3 st. duru yağ
1 paket maya (10 qramlıq tez maya)
1 x.q şəkər tozu
1.5 ç.q duz
1 ədəd yumurtanın ağı

Üzü üçün:
1 ədəd yumurtanın sarısı
1 ç.q çörək otu

Hazırlanması:

Əvvəlcə dərin bir qab götürüb ilıq suyu, şəkər tozunu və quru mayanı həll olunanadək qarışdırırıq. Sonra üstünə ilıq südü,duzu və yumurtanın ağını töküb qarışdırırıq. Üstünə unu az-az əlavə edərək qarışdırır və yumşaq xəmir yoğururuq. Xəmirin üstünü salafanla örtüb otaq temperaturunda 45 dəqiqə gözlədirik. Xəmir özünə gəldikdən sonra kündə edirik, soba qabına kağız qoyub üstündə kündəni 2 sm qalınlığında yayırıq. Üzərinə salafan çəkib 15 dəqiqə gözlədirik. Sonra üstünə əlimiz ilə naxış salıb üstünə yumurtanın sarısını çəkirik. Sonra üzərinə çörək otunu səpirik. 190- 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk. Ramazan süfrənizi bəzəyəcək ləzzətli pidəniz hazırdır.

NUŞ OLSUN!

Buna da baxın

Yayın ən gözəl qidası necə hazırlanırmış? – VİDEO

Whatsapp ilə Paylaş Yayın ən gözəl qidası necə hazırlanırmış? – VİDEO Yay fəslində hamımızın çox …