Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ramazanda hansı çayları içək ki, susuzluq olmasın?
Bizi mobildən daha sürətli  izləyin

Ramazanda hansı çayları içək ki, susuzluq olmasın?

Ramazanda hansı çayları içək ki, susuzluq olmasın?

u
Müqəddəs ramazan aynın başlanmasına çox az vaxt qalıb. İmsak və iftardan sonra insanlar susuzluqdan əziyyət çəkə bilər. May çobanyastığısı, darçın qabığı, nanə yarpağı, zəncəfil kökü və razyana meyvəsinin köp, qaz, həzmsizlik və yüngül spazmı, həzm sistemində olna problemləri aradan qaldırır. Digər elmi qaynaqlarda bu bitkilərin həzm sistemi narahatlıqları ilə əlaqədar olan başqa bir çox faydalı təsirlərinin də olduğu ifadə edilməkdədir.

İftar və imsakdan sonra bu bitki çayı qarışıqlarını tövsiyə edilir:

İftardan sonra aşağıdakı bitki çayı qarışığını hazırlayıb için. Həm həzm sisteminiz rahatlayacaq həm də bədəninizin maye ehtiyacını qarşılamış olacaqsınız.

Çayın hazırlanması belə:

Şüşə və ya farfor dəmliyə 1 paket çobanyastığı, 1 paket nanə, 1 çay qaşığı rəndələnmiş zəncəfil (və ya 1 paket zəncəfil), 3-4 mixək qoyun, üzərinə qaynar olmayan isti su əlavə edin. Su miqdarı 2-3 dəfə çay içməyinizə çatacaq qədər olmalıdır. 5-10 dəqiqə gözlədib için.

İmsak üçün bir az fərqli bir düstur tövsiyə edəcəyəm.

Çünki imsakdan sonra, ən çox görülən narahatlıq həddindən artıq qaz meydana gəlməsidir. Yenə şüşə və ya çini dəmliyə 1 paket çobanyastığı, 1 paket şüyüd, 1 paket adaçayı, 1 paket nanə, bir neçə parça darçın qoyub, üzərinə qaynar olmayan isti su əlavə edin. Su miqdarı yenə 2-3 dəfə çay içməyinizə çatacaq miqdarda olmalıdır. 5-10 dəqiqə gözlədib için.


Buna da baxın

İftarda şorbanı nə zaman içməliyik?

Whatsapp ilə Paylaşİftarda şorbanı nə zaman içməliyik? Şorba mədə-bağırsaq sisteminin rahat işləməsinə və həzmə müsbət …