Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ramazanda niyə yumurta yemək lazımdır?
Bizi mobildən daha sürətli  izləyin

Ramazanda niyə yumurta yemək lazımdır?

6Ramazanda niyə yumurta yemək lazımdır?

Türkiyəli tanınmış diyetoloq Əda Özçoban Ramazan ayında sağlamlığı qoruyub saxlamaq üçün yumurta yeməyin çox önəmli olduğunu açıqlayıb. Diyetoloq bunun səbəbini yumurtanın zülalla zəngin olması və insanı tox saxlaması ilə əlaqələndirib.

Diyetoloq bildirir ki, bir çox insan Ramazan ayında sağlam və balanslı qidalanmır. İmsakda və iftarda yanlış qidalar seçdikləri üçün oruclu olduqları saatlarda çox əzab çəkirlər. Bunun qarşısını almaq üçün imsakda insanı uzun müddət tox saxlaya biləcək qidalar yemək lazımdır.

İmsakda 1 ədəd yumurta yemək lazımdır. Eda Özçoban yumurta ilə yanaşı qatıq, bütöv dənli buğdadan bişirən çörək, banan kimi qidaların da insana toxluq hissi verdiyini vurğulayır. Ancaq ən təsirlisi yumurtadır.

Yumurta doymamış yağlar, A, D, E vitaminləri, tiamin, niasin, riboflavin, dəmir, sink, fol turşusu və fosfor ehtiva edirlər.

Ramazanda yumurtanı necə yeməyiniz böyük əhəmiyyət təşkil edir. Yumurtanı sosiska, kolbasa kimi duz nisbəti yüksək qidalarla birlikdə yedikdə oruc zamanı susuzluq yaranır. Onu yağda bişirmək də məsləhət deyil. Suda qaynadılmış yumurta yemək daha yaxşı seçimdir. Yanında ərik mürəbbəsi və ya cem yemək olar.


Buna da baxın

Qadın hansı hallarda oruc tutmaqdan azaddır?

Whatsapp ilə Paylaş Qadın hansı hallarda oruc tutmaqdan azaddır? Qadın hansı hallarda oruc tutmaqdan azaddır? …