Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ramazanda sağlam qidalanma – Həkim məsləhəti
Bizi mobildən daha sürətli  izləyin

Ramazanda sağlam qidalanma – Həkim məsləhəti

iiRamazanda sağlam qidalanma – Həkim məsləhəti

Ramazan ayında oruc tutanların sağlam bir şəkildə qidalanması olduqca vacibdir. Belə ki, Ramazan ayı yay dövrünə təsadüf etdiyindən 17-18 saatlıq oruc tutmaq maddələr mübadiləsinin yavaşlamasına səbəb olur və orqanizmə yağın asan yığılmasına və həzmsizliyə gətirib çıxarır. Bu səbəbdən, Ramazan vaxtı düzgün qidalanmanız üçün dietoloq ARİ BASTİ bir nümunə hazırlamışdır.

Yeməklərin məqsədi:

Sahur- sizi iftara kimi tox və enerjili saxlayacaq bir yemək olduğundan ona elə tərzdə ərzaqlar seçilməlidir ki, aşağı dərəcəli qlisemik göstəricili karbohidratlardan və çoxlu miqdarda zülal və sudan ibarət olsun.

İftar –ərzaqsız və susuz keçən uzun bir gündən sonra bədəni su ilə təmin etmə və tamamlama funksiyası daşıyır.

Şam – yatmazdan öncə yaxşı balanslaşdırılmış müəyyən porsiyaya malik yemək olmalıdır. Çalışın ki, uzunmüddətli enerji verən ərzaqlar və çoxlu miqdarda sudan istifadə edəsiniz.

Yüngül iştahaçıcı – Bu Ramazan vaxtı xüsusilə vacibdir.Məsələn siz gecə yarı yuxudan durarsınızsa , etməli olduğunuz əsas məsələ yüksək dərəcəli şəkər və yağlardan ibarət ərzaqlardan uzaq durmaqdır.İlk növbədə yanlış ərzaqlar yemək insulinin qalxmasına və yuxusuzaluğa səbəb olur.

Sahur

• 4 stəkan su

• Yarım stəkan yulafı aşağı dərəcəli yağlı və ya üzsüz südlə bişirmək,üzərinə əzilmiş badam və 1 çay qaşığı bal əlavə etmək

• 1 və ya 2 ədəd qaynamış bütöv yumurta

İftar

• 3-4 fincan su

• 1 xurma

• Tərəvəz salatı

• 1 porsiya balıq,toyuq və ya hinduşkanın döş əti

Şam

• Yarım stəkan qəhvəyi düyü/qarabaşaq yarması

• 1 porsiya yağsız mal/balıq/toyuq/hinduşka əti

• Yaşıl yarpaqlı salat

İştahaçıcı

• Az miqdarda meyvə

• Bir ovuc badam

• 1 porsiya yağsız qatıq


Buna da baxın

Ölkədə yayılan yeni qripi bircə gündə yox edəcəksiniz….

Whatsapp ilə Paylaş Ölkəmizdə yayılan qrip virusu insanlar arasında ciddi təlaş yaradıb. Hazırda H3N2 adlandırılan …