Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Ramazanda şahlara layiq ləzzət-Şah plov
Bizi mobildən daha sürətli  izləyin

Ramazanda şahlara layiq ləzzət-Şah plov

pages-117

Ramazanda şahlara layiq ləzzət-Şah plov

Tərkibi:

500 qr. qoyun əti

800 qr. düyü

100 qr. kişmiş

100 qr. qaysı

100 qr. albuxara

3-4 orta boy soğan

300 qr. kərə yağı

5-6 ədəd iri lavaş

Yarım limon

Narın xörək duzu, istiot, zəfəran və ya sarıkök.

Hazırlanması:

İlk öncə düyünü qaynatmaq üçün qaynamağa su qoyuruq. Daha sonra quru meyvələri islağa qoyuruq. Yumşalması üçün düyünü də duzlu və limonlu suya qoyuruq. Əti quş başı doğrayıb vam ocaqda öz suyunu salıb qızarmağa başlayıncaya qədər qovururuq. Başqa bir tavada doğradığımız soğanları qovururuq. Soğanlar qovrulduqdan sonra bura islatdığımız quru meyvələri və əti də əlavə edib bütün bunları bir yerdə qovururuq. Düyünü duzlu suda az bişirib süzürük. Plovu bişirəcəyimiz qazanın dibini əridilmiş kərə yağı ilə yağlayırıq. Lavaşların da bir-bir hər iki üzünü yağlayıb qazanın dibinə və kənarlarına doğru düzürük. Düyünün yarısını lavaşların üzərinə tökürük. Yağ və sarıkök ya da dəmlənmiş zəfəranın suyunu səpirik. Hazırladığımız qaranın hamısını düyünün üzərinə töküb yayırıq. Onun üzərinə qalan düyünü əlavə edib,yenə də yağ və ədviyyat səpirik. Lavaşların kənarlara çıxan hissələrini düyünün üzərinə gətiririk. Bir ədəd lavaşı yenidən yağlayıb düyünün hər tərəfini örtəcək şəkildə yayırıq. Qazanın ağzına ya dəmirdən qapaq qoyuruq,ya da aluminyum falqa ilə bağlayırıq.Sobaya qoyub 180 dərəcədə 1 saata qədər dəmləyirik. Sobadan çıxartdıqda qazanın ağzına ya padnos, ya da bir tava tutub qazanı tərs çevirirk. Budur Şah plovumuz hazırdır.

Nuş olsun!

Buna da baxın

DÜYÜ HAQQINDA BİLMƏDİKLƏRİNİZ…

Whatsapp ilə PaylaşDüyü hər bir mətbəxdə rast gəlinən ərzaqlardandır. Xüsusən də şərq ölkələrində bu bitkidən hazırlanan …