Əsas səhifə / Manşet / Ramazanda tox qalmaq və az susamaq üçün…
Bizi mobildən daha sürətli  izləyin

Ramazanda tox qalmaq və az susamaq üçün…

k

Dr. Ayça Kaya oruc tutan zaman daha az susamaq və daha çox tox qalmaq üçün qidalanma zamanı nələrə üstünlük vermənizi açıqlayıb.

Duz nisbəti yüksək yeməklərə diqqət edin. Kolbasa, sosiska, duzlu pendirlər, basdırma və zeytundan uzaq durun.

Qızartmalar və yağ nisbəti yüksək olan qidalar, kartof qızartması, börəklər, kotletlər, plovlar, pizzalar gün ərzində susuzluğunuzu artıra bilən yeməklər sırasında yer alır.

Şəkəri yüksək olan yeməklər qan şəkərinizi sürətli aşağı saldığı üçün daha tez acımanıza səbəb olur. O səbəbdən xüsusilə imsak vaxtı keks, peçenye, şokolad, bal, cem kimi qidalar yeməyin.

Gün ərzində susamaq istəmirsinizsə ən yaxşısı imsakda çay içməyin. Bunun əvəzində pomidor, xiyar, duzsuz pendir, qaynadılmış yumurta və bir kasa qatıq mütləq yeyin.

İmsak vaxtı əsas yeməyiniz xiyar, qatıq və yumurta olsun. Xiyar həm su nisbəti çox yüksək bir qidadır, həm də şəkəri çox aşağıdır. Su ehtiyacına qarşı əsəs qidalardan biridir. Qatıq zülal, karbohidrat və yağ baxımından çox balanslı bir yeməkdir. İmsakda 1 kasa qatıq yediyinizdə həmin gün orucu daha rahat tutduğunuzu hiss edəcəksiniz. Qaynadılmış yumurta çox keyfiyyətli bir zülal anbarıdır, mədəni gec tərk edir və insanı tox tutur.

Yağ mədədə ifrazat vaxtını uzadır. Ona görə də, imsaqda çox kiçik miqdar məsələn 1 çay qaşığı təzə süd qaymağı və ya 3 dənə qoz və 10 dənə çiy badam gün ərzində sizi daha uzun müddət tox qalmanızı təmin edəcək.

Buna da baxın

Orucluqda ağız qoxusu və quruluğunun həlli

Whatsapp ilə PaylaşDişlərinizi yeməkdən 1 saat sonra fırçalayın Ramazan ayında yemək saatları iftar və imsaka …