Əsas səhifə / Əsas menu / Dəb / Retro stildə geyinənlər üçün
Bizi mobildən daha sürətli  izləyin

Retro stildə geyinənlər üçün

2

Keçmişin gözəlliyi bu günümüzə də yansıyır. Retro geyim modelinin olduqca geniş yayıldığı illərdəyik. Ancaq bu stildə geyinərkən bir neçə şeyə diqqət etməlisiniz.  Sizlərə retro geyinməyin qaydalarını təqdim edirik.

-Retro geyimlə geyindiyiniz ayaqqabılar ayaqları zərif göstərməlidir. Müasir hündür dabanlı ayaqqabılar heç uyğun deyil. Bunların yerinə qalın dabanlı, ya da tango ayaqqabılarına üstünlük verin.

-Aksessuarlarınızın sadə olmağına diqqət edin. İncə boyunbağı, zümrüd sırğa və rəngli daşları olan üzüklər retro tərzinizi daha parlaq bir hala gətirəcək.

-Kombininizə uyğun əlcəkləriniz olmalıdır.

-Özünüzə uyğun gözəl retro şlyapa və şərflər mütləq qarderobunuzda olmalıdır.

-Tərzinizə uyğun qısa retro kəsim, qabarıq saç və ya geyiminizə uyğun topuz, at quyruğu kimi modellər olar.

-Makiyaj isə olduqca təbii olmalıdır. Eyeliner, pudra tonlarında ənlik və qırmızı dodaq boyası sizi cazibədar göstərəcək. Və mütləq özünüzdən əmin qətiyyətli bir duruşunuz olmalıdır.//lent.az

Siz keçmişin köhnəlməyən qadınısınız!

Buna da baxın

Bir vücuddan neçə qadın yaratmaq olar? – FOTOLAR

Whatsapp ilə PaylaşLupe Sujey Cuevas adlı amerikalı qadın makiyaj mütəxəssisidir. Lupe Sujey Cuevas İnstagram hesabında …