Əsas səhifə / Manşet / Rihannanın Bakıda bənzəri tapıldı – fotolar
Bizi mobildən daha sürətli  izləyin

Rihannanın Bakıda bənzəri tapıldı – fotolar

Rihannanın Bakıda bənzəri tapıldı – fotolar

Rihannanın Bakıda bənzəri tapıldı - fotolar

ATV telekanalının “Onlar” verilişində dünya ulduzu Rihannanın Azərbaycana gəlişi ilə bağlı xəbər hər kəsin təəccübünə səbəb olub.

Axşam.az-ın məlumatına görə, süjetdə məşhur müğənninin gizlicə Bakıya gəldiyi və tədbirlərin birində iştirak etdiyi bildirilib.

Sosial şəbəkələrdə şərhlər yazan tamaşaçılar isə bu xəbəri birmənalı qarşılamayıb. Belə ki, haqqında süjet hazırlanan xanımın Rihanna yox, Sevanna adlı vizajist olduğu müəyyənləşib.

Verilişin aparıcısı Afaq Gəncəli ilk öncə bu xanımın həqiqətən də Rihanna olduğunu zənn etdiklərini deyib:

“Onu müxbirlərimiz tədbirlərin birində görüntüləyib. Rihannaya bənzərliyi əməkdaşlarımızda çaşqınlıq yaradıb. Süjet efirə getdikdən sonra gənc qızın kimliyini araşdırdıq. Rihannaya çox bənzəyən Sevannanın Bakıda vizajist olaraq çalışdığını öyrəndik. O, dünya ulduzunun pərəstişkarıdır. Həm adı, həm də özü Rihannaya bənzəyən Sevannanı görənlər təəccüblənirlər. Əslində sevindirici haldır ki, hər zaman gözəl xanımları ilə seçilən Azərbaycanda dünya ulduzunun da bənzəri var. O, heç bir plastik əməliyyat etdirməyib”.

Qeyd edək ki, Sevanna ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasında münsif kimi də iştirak edir.

showpic_el100 (1)

Buna da baxın

Bu fotoları görüb gülməmək mümkün deyil-fotolar

Whatsapp ilə PaylaşBu fotoları görüb gülməmək mümkün deyil-fotolar Amerikalı gənc fotoşopla düzəltdiyi şəkillərlə izləyicilərini güldürüb. …