Əsas səhifə / Əsas menu / Xəbər / Röya İbrahim Tatlısəsin güllələnməyindən danışdı
Bizi mobildən daha sürətli  izləyin

Röya İbrahim Tatlısəsin güllələnməyindən danışdı

Röya İbrahim Tatlısəsin güllələnməyindən danışdı

Röya İbrahim Tatlısəsin güllələnməyindən danışdı

Türkiyə mətbuatı müğənni Röyadan maraqlı açıqlama yazıb.

“aksam.com” saytı Azərbaycanın Rihannası deyə təqdim edilən Röyanın Türkiyənin “imperator” ləqəbli müğənnisi İbrahim Tatlısəsin pərəstişkarı olduğunu vurğulayıb:

“Türk müğənnilərinə qulaq asaraq böyümüşəm. Onlar arasında ən çox İbrahim Tatlısəsi və Sezen Aksunu sevirdim. Musiqi ilə bağlı böyük xəyallarımı yavaş-yavaş gerçəkləşdirirəm. İbrahim Tatlısəsin bir mahnısını onunla birlikdə duet oxumaq istəyərdim”.

İ.Tatlısəsi Azərbaycandakı bir konsertində izlədiyini və ondan sonra heç qarşılaşmadığını deyən Röya türkiyəli sənətçinin silahlı hücuma məruz qalmasından da danışıb:

“İbrahim Tatlısəsin güllələndiyini eşidəndə gecə səhərə kimi yatmamışdım. Onunla bağlı xəbərləri dayanmadan izləyirdim. Hər şeyin yaxşılığa doğru getdiyini eşidəndə çox sevinmişdim. İndi də səhhətinin yaxşılaşmasına sevinirəm. Hazırda eyni musiqi şirkətində çalışırıq. Yeni albomu için mahnılar hazırlayır. Bu diski səbirsizliklə gözləyirəm”.


Axşam.az

Buna da baxın

“Röya ilə barışmaq fikrim yoxdur”

Whatsapp ilə Paylaş“Röya ilə barışmaq fikrim yoxdur” Müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov yeni …