Əsas səhifə / Əsas menu / Gözəllik / Rus qadınlarının gözəllik sirri
Bizi mobildən daha sürətli  izləyin

Rus qadınlarının gözəllik sirri

j

Soyuq ölkə olan Rusiyada qadınlar dərilərini nizamlı şəkildə nəmləndirmək məcburiyyətində qalırlar.

Bu səbəbdən rus qadınları dərilərinə xüsusi quluq edirlər. Nə qədər qəribə səslənsə də, rus qadınları gözəlliklərini sarımsağa və gül yağına borcludurlar. Onların gözəllik maskalarının bir çoxunda bu iki məhsul iştirak edir.

Rus qadınlarının istifadə etdiyi maskalar:

• Badam yağı – 1 xörək qaşığı
• Gül yağı – 1 xörək qaşığı

Bu iki yağı qarışdırın. Maskanı tətbiq etməzdən əvvəl dərinizi dəmlənmiş yaşıl çay ilə təmizləyin. Qarışığı təmiz dəriyə masaj edərək sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə üzünüzü yuyun. Həftədə 1 dəfə tətbiq etsəniz, dəri hüceyrələriniz yenilənəcək.

Sızanaqlara qarşı sarımsaq yağı:

Rus qadınları sızanaqlardan xilas olmaq üçün üzlərinə nizamlı olaraq sarımsaq yağı çəkirlər. Bu yağ dəridəki bakteriyaları yox edir və yeni sızanaqların meydana gəlməsinə maneə olur.

Nəmləndirici maska:

• Təzə limon suyu – 5 damcı
• Bal – 1 çay qaşığı

Balla limonu qarışdırın və təmiz dəriyə sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Bu maska dərini nəmləndirir və daha sağlam edir. Həftədə 2 dəfə çəkə bilərsiniz.

Müalicəvi maska:

• Kartof – 1 ədəd
• Limon – 3-4 damcı

Dilimlənmiş çiy kartofun üzərinə limon sıxın. Həmin kartof dilimini 10 dəqiqə ərzində dərinizdə gəzdirin və daha sonra üzünüzü yuyun. //Axşam.az

Buna da baxın

Cildinizi yeniləyən formul

Whatsapp ilə Paylaş Lazım olanlar: Jojoba yağı Avakado yağı Aloe vera yağı Buğda yağı Üzüm …