Əsas səhifə / Əsas menu / Xəbər / Rus serialında xalqımıza qarşı təxribat – VIDEO
Bizi mobildən daha sürətli  izləyin

Rus serialında xalqımıza qarşı təxribat – VIDEO

Rus serialında xalqımıza qarşı təxribat – VIDEO

xeberici

“Posledniy iz Maqikyan” serialında (“Последний из Магикян”) Azərbaycana qarşı təxribat yer alıb.

Rusiyanın “STS” telekanalında yayımlanan məşhur “Posledniy iz Maqikyan” serialında (“Последний из Магикян”) Azərbaycana qarşı təxribat yer alıb.

Azərbaycanın xalq mahnısı olan “Ay, Laçın” mahnısı gürcü bəstəkar Devid Evqenidzenin bəstəsi adı altında «Последний из Магикян» serialının soundtrack-i kimi səsləndirilir.

16 sentyabrdan Rusiya və Ukrayna ekranlarında işıq üzü görən və erməni Magikyanlar ailəsinin həyatından bəhs edən serialda baş rolu erməni aktyor canlandırır.

Mahnını isə gürcü müğənni Soso Pavliaşvili ifa edir.

Qeyd edək ki, “Ay, Laçın” xalq mahnısıdır və bu musiqini Azərbaycanın neçə-neçə görkəmli sənətkarları, o cümlədən Rəşid Behbudov, Akif İslamzadə, İlqar Muradov, Sevda Ələkbərzadə və başqaları ifa ediblər.

Həmin soundtrack-i və “Ay, Laçın” mahnısını müqayisə üçün sizlərə təqdim edirik.

 



xezerxeber.com

Buna da baxın

Sibel Can seriala çəkilir

Whatsapp ilə PaylaşSibel Can seriala çəkilir Türkiyənin məşhur müğənnisi Sibel Can seriala çəkiləcək. Qadınklubu.com xəbər …