Əsas səhifə / Manşet / Ryaba salatı
Bizi mobildən daha sürətli  izləyin

Ryaba salatı

Tərkibi:

  • 250 qr toyuqun döş əti (hisə verilmiş)
  • 200 qr xiyar
  • 250 qr göbələk
  • 6 yumurta
  • 1 kiçik soğan
  • 180-200 qr mayonez
  • Şüyüd, duz istiot zövqə görə

Hazırlanması:

Göbələyi 1 kiçik soğanla 1 qədər qovururuq. Toyuq ətini kub şəklində kiçik formada doğrayırıq. Xiyarları da eyni ölçüdə doğrayırıq. Şüyüdü xırda-xırda doğrayırıq. Yumurtaları sürtgəcdən keçirib, üzərinə dörd xörək qaşığı mayonez, duz və istiot əlavə edərək qarışdırırıq. 21 sm diametrdə bir dairəvi formanı boşqabın daxilinə yerləşdiririk. Dairənin mərkəzinə əvvəl doğranmış toyuq ətini, üzərinə mayonezli yumurta qarışımını, daha sonra xiyarı da düzdükdən sonra duz və şüyüd səpirik. Şüyüdü səpdikdən sonra üzərinə mayonezli yumurtanı, daha sonra isə soğanla qovrulmuş göbələyi əlavə edirik (zövqə görə konservləşdirilmiş göbələk də istifadə edə bilərsiniz). Göbələkdən sonra mayonezli yumurta əlavə edib yayırıq. Son olaraq 1 xörək qaşığı mayonez əlavə edərək yayırıq. Üzərini salafanla örtüb 2 saat soyuducuda gözlədirik. 2 saatdan sonra soyuducudan çıxaraq dairəni fırladaraq salatın kənarından çıxarırıq. Üzərini isə zövqə görə bəzəyirik.

Qeyd-100 qr-200 kkal

Nuş olsun!

Buna da baxın

Qarpız salatı

Whatsapp ilə PaylaşTərkibi: 200 qr toyuq əti 4 yumurta 150 qr pendir Qara zeytun 150 …