Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Səhər yeməyi – kartoflu omlet
Bizi mobildən daha sürətli  izləyin

Səhər yeməyi – kartoflu omlet

f

Səhər yeməyi – kartoflu omlet

Hər bir güclü kişi, səhərlər “güclü” yeməlidir. Yumurta isə kişi üçün səhər yeməylərinin ayrılmaz və vacib məhsullardan biridir. Bugün sizlərə kartoflu omletin sadə reseptini təqdim edirik.

Lazım olan ərzaqlar: kartof 1 ədəd, un 1 xörək qaşığı, yumurta 1 ədəd, kərə yağı, duz.

Kartoflu omlet hazırlamaq qaydası:

1. Kartofu əvvəlcə yuyun. Sonra kartofun qabığını soyun. Qabığını soyduğunuz kartofu mətbəx rəndəsindən keçirin.

2. Rəndələdiyiniz kartofun içərisinə un, yumurta və duz vurun. Kartof rəndəsi, yumurta və duzu bir birinə yaxşıca qarışdırın.

3. Dibi yapışmayan (teflon) tavaya biraz kərə yağı qoyun. Ocağı yandırın. Kərə yağını əridin. Kərə yağı əridikdən sonra hazırladığınız kartof rəndəli, yumurtalı un və duzlu qarışığı kərə yağlı tavaya əlavə edin.

4. Yapışmayan tavanın qapağını örtün. Omletin hər iki tərəfi bişib qızarana qədər vam odda bişirin.

5. Qızarıb bişən omleti isti – isti süfrəyə verin.

Buna da baxın

Pendir vərdiş yaradır

Whatsapp ilə Paylaş Aparılan araşdırmalar zamanı süfrələrimizdən əskik olmayan pendirin qəribə özəlliyi ortaya çıxıb. Qadinklubu.com …