Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Səhərlər şişmiş gözlərlə oyanmağa son
Bizi mobildən daha sürətli  izləyin

Səhərlər şişmiş gözlərlə oyanmağa son

kk

Göz qapaqlarının şişməsi müxtəlif səbəblərdən yarana bilər.

Amma bunlardan ən çox rastlananı həddindən artıq ağlamaq, böcək dişləməsi, allergiyalar, iltihablanma, soyuqdəymə və qızılca kimi səbəblər ön sıralardadır. Göz qapağındakı keçməyən və davamlı hal almış şişliklər ürək və böyrək xəstəliklərinin də xəbərçisi ola bilər. Göz qapaqlarındakı şişkinliyin müalicəsi üçün əvvəlcə səbəbi bilinməlidir. Şişkinliyə səbəb olan problem həll olunduğunda, şişlik də keçəcək..

Göz şişkinliyinin qarşısını almaq üçün təkliflər:

Çay

Dəmlənmiş çay paketlərini soyudularaq göz qapaqlarının üzərinə qoyaraq bir neçə dəqiqə gözləyin. Bu vasitə , göz ağrısına və şişməyə yaxşı təsir göstərir

Kartof

Çiy kartofu yumru dilimlər halında kəsin. Gözlərinin üzərinə bir dənə yerləşdirib 10-20 dəqiqə arası gözləyin. Bundan əlavə tərkibində antioksidan olan kremlər də şişlərin azalmasına kömək edir.

İdman

Probleminiz xroniki hal alıbsa, nə etsənizdə qarşısnı almaq mümkün deyilsə, onda ürək-damar məşqləri etməlisiniz. Gəzinti, qaçış, idman və velosiped ən başlıca idman növlərindəndir. Bu hərəkətlər bədəndə duz və toksinlərin atılmasını təmin edər və yalnız göz altındakı deyil, bütün bədəninizdəki şişliklərin aradan qaldırılmasına kömək olur.

Buz

Gözdəki şişkinliyin keçməsini gözləmək üçün vaxtınız yoxdursa, kiçik bir buz parçasını gözlərinizin ətrafına incə hərəkətlərlə sürtün. Və ya bir salafan paketə qoyub gözünüzün üstünə qoya bilərsiniz.

Qeyd: Buzla tətbiqi sadəcə istisna hallarda məsləhətdir. Çünki, buzun təsirindən gözlərinizdə soyuqdəymə kimi problemlər yarana bilər. Bunu mütləq nəzərə alın.

Buna da baxın

Xərçəngli hüceyrəni məhv edən ədviyyat

Whatsapp ilə Paylaş Kəklikotu yalnız ətir və ləzzət qatan bir ədviyyat deyil, eyni zamanda xərçəng …