Əsas səhifə / Manşet / Şəhid Müşfiq Orucov son mənzilə yola salındı
Bizi mobildən daha sürətli  izləyin

Şəhid Müşfiq Orucov son mənzilə yola salındı

musfiq orucov

Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri bugün dəfn olunub. Aprelin 3-dən 4-nə keçən gecə cəbhədə gedən döyüşlərdə şəhid olan Müşfiq Arif oğlu Orucov Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Xətai Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki,  Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Şəhid olan  Zəngilan rayon sakiniOrucov Müşfiq Arif oğlu  Naftalan rayonundan hərbi xidmətə çağırılmışdı. Bu barədə azvision.az-a Zəngilan rayon icra nümayəndəsi Rəhimov Murad Fərəc oğlu məlumat verib.  Onun sözlərinə görə, “Müşfiq Orucovun hərbi xidmətini başa vurmağa cəmi iki ayı qalıbmış. Amma ermənilərlə döyüşdə qəhrəmancasına həlak olub. Müşfiq Orucov 700  balla universitetə daxil olub: “Hazırda şəhidin dəfn mərasimi keçirilir. O, bizim fəxrimizdir. Müşfiq 700 bal toplayaraq universitetə daxil olmuşdu. O, texniki sahədə təhsil alıb və daha sonra hərbi xidmətə yollanmışdı. Evin tək oğlu idi”.

ALLAH RƏHMƏT ELƏSİN!

musfiq orucov- musfiq orucovhh musfiq orucovs musfiq orucovvv