Əsas səhifə / Manşet / Şəhid Samir Kaçayevin xatirəsinə…
Bizi mobildən daha sürətli  izləyin

Şəhid Samir Kaçayevin xatirəsinə…

samir

“Şəhidlər ölməz, Vətən bölünməz”

 Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşlərdə Azərbaycan ordusunun şəhid olan əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu doğulduğu Şamaxı rayonunda dəfn edilmişdir.

Qeyd edək ki ,  Kaçayev Samir Ziyəddin oğlu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olmuşdur. 2011-15-ci il tədris ilində ali təhsilini başa vurduqdan sonra Kaçayev Samir hərbi xidmətə yollanmışdır.    Şəhid Samir Kaçayev ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev  bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı. Samir Kaçayev Akademiyanın olduqca istedadlı və sevilən tələbələrindən olmuşdur. Tələbə yoldaşları arasında istedadı eyni zamanda səmimiyyəti, əxlaqı və gözəl ürəyi ilə sevilib-seçilən biri kimi xatırlanır. Şəhidin xatirəsinə Azərbaycan Rəssamlıq Akademiyasında tədbir keçilimiş və tədbirdə müəllim və tələbə heyətinin  iştirakı ilə  Şəhidin xatirəsi yad olunmuşdur.  Şəhidin əsərlərindən, müəllim və tələbələrin yaddaşındakı xatirələrindən bəhs edilmişdir.
Samir Kaçayev tələbəlik illərində bir sıra tədbirlərdə, sərgilərdə əsərləri  ilə iştirak etmişdir.   Belə ki, 2014-cü ildə “AZNAR “ sərgisində, “Milli Dəyərlər” sərgisində, eyni zamanda ölkənin hüdudlarından kənardakı sərgilərdə 2014-15-ci illərdə “Hamı Birlikdə” adlı sərgidə, Heydər Əliyev Fondu, Bakı 2015 İlk Avropa Oyunları, Fransa, Türkiyə, İsveçrə sərgilərində aktiv iştirakı ilə yadda qalmışdır. İstedadlı heykəltaraşın əsərləri şəxsi kolleksiyalarda saxlanılır.

 

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Samir Kaçayev Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində  “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Allah Rəhmət Eləsin!

samir kacayev63

samir kacayevvsamir kacayevsamir kacayev9
samir kacayevjj
samir kacayevvf

sehidler olmez

samir kacayev6+

Samir Kacayev9gsamirkacayev0-