Əsas səhifə / Əsas menu / Şou-biznes / Səidə Sultan ərindən danışdı
Bizi mobildən daha sürətli  izləyin

Səidə Sultan ərindən danışdı

Səidə Sultan ərindən danışdı

Artıq özünü aparıcı kimi də sınaqdan çıxaran müğənni Səidə Sultan indi də aktrisalıq edəcək. Xəbəri sevilən ulduz özü verib:

“-Seriala çəkilmək üçün dəvət aldım. Əvvəlcə ssenari ilə maraqlandım. Çox xoşuma gəldi. Komediya janrında olan bir serialdır. Ssenarini bəyənməsəydim, qəbul etməzdim. Komandanı da çox bəyəndim. Cavan və işi bilən insanlar bir yerə toplaşıb”.

Hər zaman aparıcısı olduğu verilişdə də ailə qurmaq haqqında xəbərlərlə gündəmə gələn Səidə Sultan çəkildiyi serialda deyingən arvad surətini canlandıracaq:

“Çəkildiyim serialda baş rolu canlandıracağam. Filmdə deyingən qadın rolunu oynayıram. Həyat yoldaşım isə fağır kişidir, elə bil ağzı var, dili yoxdur. Ümid edirəm, həyatda qarşıma beləsi çıxmaz”.

Səidə Sultan həmçinin, televiziya verilişində aparıcı olmaq üçün təklif aldığını da bildirib:

“-İnşallah, yeni mövsümdən məni yenidən aparıcı kimi görə bilərsiniz. Təklif almışam. Qəti fikrimi isə bildirməmişəm. Hələ ki, fikirləşirəm”.

Yay olmasına baxmayaraq, ifaçı istirahət etməyəcəyini də əlavə edib:

“-İnanın ki, istirahətə vaxtım yoxdur. Maşallah, iş başımdan aşır. Deyəsən, belə getsə, mən bir də qəbirdə istirahət edəcəyəm”.
241446855a896af9a66f1437111983_6B0A5430

469257955a896af2f7cf1437111983_6B0A5434

896353755a896af550271437111983_6B0A5426

987955155a896afcc7991437111983_6B0A5433

Buna da baxın

Daha bir serialın eşqi gerçək oldu – Foto

Whatsapp ilə PaylaşDaha bir serialın eşqi gerçək oldu – Foto KANAL D-nin yeni serialı Poyraz …