Əsas səhifə / Manşet / Şəkər xəstələri üçün 10 qida
Bizi mobildən daha sürətli  izləyin

Şəkər xəstələri üçün 10 qida

şəkər xəstələri üçün 10qida
Türkiyəli Dietoloq Gizəm Seber şəkər xəstələrinin ən çox istifadə etməli olduqları qidaları açıqlamışdır. Qadinklubu.com şəkər xəstələrinə faydalı ola biləcək sözügedən qidaların siyahısını sizlərə təqdim edir. Siyahıdakı qidaların şəkər xəstələrinə mənfi təsir göstərməməsi yalnız miqdarında istifadə edildiyində keçərlidir. Bu qidaları menunuza əlavə etməmişdən əvvəl həkiminizlə məsləhətləşin.

Alma

Kalorisi aşağı, lif məzmunu yüksək olan bu meyvə tox hiss etdirməklə yanaşı, eyni zamanda tərkibindəki liflərlə pis xasiyyətli xolesterolun düşməsinə kömək olur. Amerika Kənd Təsərrüfatı Təşkilatına görə antioksidan məzmunu ən yüksək 10 meyvədən biri olan almanı qabığı ilə yemək daha faydalıdır. Almanı sürtgəcdən keçirərək və ya doğrayaraq tavada bir qədər isitdikdən sonra üzərinə darçın səpərək son dərəcə yüngül və sağlam bir qida əldə edə bilərsiniz.

Avokado

Həzm sürətini yavaşladaraq qan şəkərinin daha yavaş yüksəlib, daha yavaş düşməsinə kömək edir. Tərkibindəki sağlam yağlar isə insulin müqavimətini azaltmaqda dəstək olur. Salatlara əlavə edə bilər və ya istənilən halda qəbul edə bilərsiniz.

Arpa

Süfrələrimizdə çox adət etmədiyimiz bir taxıl növü olan arpa, düyüyə nisbətən qan şəkərini 70% daha yavaş yüksəldir. Tərkibindəki liflər və zəngin B vitamini orqanizmə olduqca faydalıdır. Şorbada və ya salatlarda istifadə edə bilərsiniz.

Lobya

Bitki mənşəli lif və zülal məzmunu ilə həftədə ən az iki dəfə menuya əlavə edilməlidir. Quru paxla yerinə noxud və yaşıl mərci də seçim edilə bilərsiniz. Konservləşdirilmiş lobyaların duz nisbətinə diqqət edilməlidir. Qaz yaradıcı maddələrin ayrılması üçün bir gecə əvvəldən suda saxlayın və səhər bu suyu atın. Bişirmə suyunu isə B vitamini baxımından zəngin olduğuna görə əsla atmayın.

Yağsız qırmızı ət

Tərkibindəki yüksək miqdarda zülal maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Bu səbəblə ən az həftədə iki dəfə naharda qırmızı ətə yer verilməlidir. Çünki qırmızı ət B12 vitamini qaynağıdır. Az miqdarda istifadə edilməsi qan şəkərinin daha balanslı yüksəlməsinə köməkçi olur. Qızartma, qaynatma və ya sobada bişmiş halda yemək lazımdır.

Albalı, böyürtkən

Böyürtkən, qaragilə, albalı kimi tünd qızılı-mavi və qırmızı rənglərə sahib olan meyvələrin antioksidan məzmunu çox yüksəkdir. Orqanizmdə yaşlanmağı gecikdirməyə çox faydalıdır. Elm adamları bu cür meyvələrin qan şəkərini balanslamaqda da rol oynadığını düşünürlər.

Brokoli

C vitamini və antioksidanlarla zəngin bu tərəvəz eyni zamanda qan şəkərini tənzimləyən hormon olan insulinin fəaliyyətini artıran minerallarla zəngindir. Dadını sevməyənlər şorbalara əlavə edərək də istifadə edə bilərlər. Lakin ən sağlam halı buxarda bişirilmiş şəklidir.

Yumurta

Ana südündən sonra ən qiymətli zülal qaynağı olan yumurta, tərkibindəki doymamış yağ turşuları nəticəsində düşünüldüyü kimi xolesterolu yüksəltməz. Bu səbəblə naharda şorba və salatlarda yumurtaya yer verilə bilər. Gündə 1 yumurta qəbul etməyin sağlamlığa mənfi bir təsiri yoxdur.

Balıq

Şəkər xəstələrinin eyni zamanda ürək xəstəsi olmaq riski yüksəkdir. Balıq tərkibindəki omeqa-3 yağ turşuları ilə ürək damar sağlamlığını qorumağa kömək edir. A vitamini ilə zəngin olan balıq görmə funksiyaları baxımından da əhəmiyyət daşıyır.

Darçın

Aparılan elmi araşdırmalar darçının qan şəkərini tənzimləyici xüsusiyyətinə malik olduğunu göstərmişdir. Amma gün ərzində 1 çay qaşığından artıq darçın qəbul etmək sağlamlığa mənfi təsir göstərə bilər. Şəkər xəstələrinin qidalanma rasionunda yer ala bilər lakin sərhədsiz istifadə edilməməlidir.

Buna da baxın

Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar

Whatsapp ilə PaylaşŞəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar Şəkər xəstəliyi son zamanlarda geniş yayıldığı üçün …